Qarabağdakı etirazlar Saakyanı qorxuya saldı, dərhal İrəvanı köməyə çağırdı
05 İyun 2018, 10:44
05 İyun
2018
10:44
2485
Son günlər Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə yerli xüsusi xidmət orqanlarının əməkdaşları arasında yaşanan irimiqyaslı qarşıdurma və bunun səbəb olduğu kütləvi aksiyalarla bağlı Qarabağdakı separatçı rejim İrəvandan məsələyə müdaxilə etməyi tələb edib.
ShushaPost.az xəbər verir ki, bu barədə Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanın köməkçisi Artur Ağabekyan "Facebook" səhifəsində yazıb. O, yerli sakinləri sakitliyə, İrəvanı isə köməyə çağırıb. Hətta aprel döyüşlərindən də yerli ermənilərə təzyiq kimi istifadə edib.
"Düşünürəm ki, Qarabağda MTX-nin rəisi Arşavir Karamyanın aprel döyüşlərindən sonra oynadığı roldan hamı xəbərdardır. Aprel məğlubiyyətindən sonra məhz o, təhlükəsizliyə dair məsuliyyəti öz üzərinə götürdü. Əminəm ki, aksiya iştirakçılarının əksəriyyəti bundan xəbərdardır. Amma indi onun istefasını tələb edirlər. Bunları görəndə az qala adam ağlını itirir. Özünüzə gəlin, cənablar, gec olmadan özünüzə gəlin! Ermənistandakı hakimiyyət isə baş verənlərlə bağlı mümkün qədər tez öz rəsmi mövqeyini bildirməli və dərhal Qarabağa kömək üçün nümayəndə heyəti göndərməlidir.” – deyə Ağabekyan vurğulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə MTX əməkdaşları arasında qarşıdurma yaşanıb. Xankəndində məişət zəminində baş verən insident böyüyərək kütləvi hal alıb.
MTX əməkdaşları yerli ermənilərə çoxsaylı xəsarətlər yetiriblər. Yaralılar xəstəxanaya yerləşdirilib. Separatçı rejimin qanunsuz polisi isə baş verənlərə göz yumaraq heç bir müdaxilə etməyib və əksinə, döyülən yerli erməniləri həbs ediblər. Hadisə nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb.
Bundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq MTX əməkdaşlarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər. Aksiyaçılara görə, Qarabağdakı erməni xüsusi təyinatlıları özbaşınalıqla, reketlə məşğuldurlar, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərirlər. Onlar yolu bağlayaraq saatlarla nəqliyyatın hərəkətini dayandırıblar.
Vəziyyətin getdikcə gərginləşdiyini görərən separatçı rejimin nümayəndələri etirazçıları əmin etməyə çalışıblar ki, Bako Saakyan günahkarları cəzalandıracaq.Lakin aksiyaçılar dağılışmayıblar. İyunun 2-də separatçı rejimin başçısı Bako Saakyan etirazlarla əlaqədar təhlükəsizlik şurasının iclasını keçirib. Daha sonra isə o, etirazçıların nümayəndələrini qəbul edərək, onlara hadisənin araşdırılacağı və günahkarların cəzalandırılacağına söz verib.
Xəbər lenti
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, DÜNYA, SİYASƏT
ABŞ, İngiltərə və Avstraliya hərbi blokda birləşdi: Yeni ittifaq hansı vəzifələri həll edəcək?
-
GÜNDƏM, DÜNYA, SİYASƏT
İtalyan senator: Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında dialoqun təşviq edilməsi üçün yeni təşəbbüslər irəli sürüləcək
-
GÜNDƏM, DÜNYA, SİYASƏT
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib
-
GÜNDƏM, DÜNYA, SİYASƏT
Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
-
GÜNDƏM, DÜNYA, SİYASƏT
Pakistanlı nazir: Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyimiz dəstək davam edəcək
-
GÜNDƏM, DÜNYA, SİYASƏT
Qarabağdakı etirazlar Saakyanı qorxuya saldı, dərhal İrəvanı köməyə çağırdı