“Qazeta.ru”: Paşinyan və Soros fondu ayrılmaz dostlardır
Ermənistanın Baş Naziri Nikol Paşinyan bir neçə gün əvvəl RBK-ya müsahibəsində Ermənistanda Marqarita Simonyanın sosial şəbəkədə səs-küyə səbəb olan postundan danışıb. Bəzi müşahidəçilər Baş Nazirin bu məsələ ilə bağlı geniş müsahibə vermək qərarını gözlənilməz adlandırıb. Belə çıxır ki, "Russia Today” Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş redaktorunun replikası Paşinyanı əməlli-başlı hiddətləndirib.
"Ermənistan hökumətinin başçısını məhz nə belə qəzəbləndirib?” sualına Rusiyanın "Qazeta.Ru” saytı cavab axtarıb.
"Russia Today” BİA-nın baş redaktorunun replikası Ermənistan və Azərbaycan arasındakı münaqişənin yenidən kəskinləşməsi fonunda səsləndirilib. Bu mənada, münaqişəyə başlayan rəsmi Yerevana Marqarita Simonyanın paylaşımının ümumi tonu aydındır: "Dayanın! Hələ ki, gec deyil, sadəcə dayanın”.
Xatırladaq ki, Simonyan "Ermənistan hakimiyyətinə, bir hissəsi olduğum xalqa yox, məhz hakimiyyətə” müraciət edib.
Marqarita Simonyan
Simonyanın postu
"Özünüzə kənardan baxın. Nə etdiyinizə baxın. Özünüzü necə aparırsınız? Siz necə ermənisiniz? Sırf siyasi qisas xatirinə Rusiyanın daimi müttəfiqi olan Robert Koçaryanı həbs etdiniz. Məqsədli, nümayişkarəranə şəkildə həbs etdiniz, birbaşa öz rus dostlarınızın üzünə tüpürərək. Çünki bu, Ermənistanın daxili işidir”, - "Russia Today” BİA-nın baş redaktoru xatırladıb.
O, həmçinin Ermənistanın hazırkı hakimiyyətini "hakimiyyət və xırda şəxsi qisas”a görə xalqın maraqlarını satmağa hazır olan "bir ovuc bağıran siyasətçi” kimi xarakterizə edib.
Simonyan davam edib: "Siz ölkəni Rusiyada hökuməti necə devirəcəyinizi öyrətdiyiniz anti-Rusiya QHT-ləri ilə doldurdunuz. Siz Qafqazdakı anti-Rusiya qüvvələrinin tramplininə çevrilmisiniz. Çünki bu, Ermənistanın daxili işidir. Siz rusiyalı erməni iş adamlarını qovdunuz. Siz Rusiya ilə əlaqəli heç bir şey istəmirsiniz. Çünki bu, Ermənistanın daxili işidir. Media və sosial şəbəkələriniz Rusiyaya, Putinə, Putini dəstəkləyən hər kəsə, xüsusən də Rusiya ermənilərinə (məsələn, mənə) çirkab atırlar. Siz uğursuz və yoxa çıxan erməni xalqını düşmənlərə - rus ermənilərinə və "həqiqi" insanlara - bir anlıq hakimiyyətinizi dəstəkləyənlərə bölmüsünüz. Çünki bu, Ermənistanın daxili işidir”.
Simonyan sözlərini ritorik sualla yekulaşdırıb: "İndi, sərhədinizdə müharibə olanda, rejiminizin mövcudluğu təhlükə altına düşəndə xatırladınız ki, Rusiya sizi yenidən xilas etməlidir. Bəyəm bu, Ermənistanın daxili işi deyilmi?”
N.Paşinyan QHT-lərin fəaliyyətinə dair iddialara cavab verərək bildirib ki, onlar onun hakimiyyətə gəlməsindən əvvəl fəaliyyətə başlayıb. "Onlar Rusiyada Ermənistan hökumətinin rusiyapərəst cəhdlərinə heç kimin şübhə etmədiyi dövrdə yaradılıb. Bütün bu təşkilatlar Robert Koçaryanın dövründə, Serj Sarqsyanın dövründə yaradılıb. Əgər onlar belə rusiyapərəst idisə, niyə onlar bu təşkilatları bağlamadılar?"- Baş Nazir RBK-ya müsahibəsində bildirib.
Əslində
Paşinyan məsələni belə qələmə verməyə çalışır ki, Yerevan Sovet İttifaqının dağılmasından sonra Rusiyaya o qədər də loyal yanaşmayıb. Bununla yanaşı, yaxşı məlumdur ki, Paşinyanın dövründə hakimiyyətdə əsas vəzifələri məhz Corc Sorosun dəstəklədiyi QHT-çilər tutmağa başlayıblar. Burada faktlar özü öz yerinə danışır. Elə küçələrə də "Paşinyan uğrunda” şüarı ilə çıxanların çoxu məhz qərbpərəst idi.
"Qazeta.Ru” artıq, məsələn, Dövlət Təhlükəsizlik Şurası başçısı vəzifəsinə təyin olunmuş "Transperty International” təşkilatının seçki proqramlarının koordinatoru Armen Qriqoryan və amerikalı Raffi Ovanisyanın başçılıq etdiyi qərbyönümlü "İrs” partiyasının qınından çıxmış və artıq Ermənistan Dövlət Nəzarət Xidmətinin keçmiş rəhbəri David Sanasaryan haqda yazmışdı. Məhz Sanasaryan RF Səfirliyinin binasını yumurta atəşinə tutması ilə məşhurlaşıb.
KİV, həmçinin yazırdı ki, Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryanın qardaşı - Soros fondunun İdarə Şurasının sədridir.
Məsələn, Ermənistan hökuməti yanında diaspor məsələləri üzrə ali komissar isə ABŞ-ın Qleydlend şəhərinin keçmiş meri Zare Sinanyan oldu.
"Sputnik Ermənistan” yazır ki, o, LGBT icmasının hüquqlarının müdafiəçisi kimi tanınır, ötən il isə bu sahədəki xidmətlərinə görə Ermənistanda gender maarifləndirilməsi ilə məşğul olan və eynicinsli nikahların leqallaşdırılmasının təşviqatını aparan ABŞ-ın "Equaliy Armenia” ictimai təşkilatından mükafat alıb.
Corc Soros
Paşinyanın ətrafında "Sorosun adamları”
27 yaşlı Rüstəm Badasyanın Ədliyyə naziri vəzifəsinə təyin olmasına qədər mətbuatda aktiv şəkildə şayiə gəzirdi ki, Badasyan Soros fondunun Ermənistan nümayəndəliyinin rəhbəri Larisa Minasyanın protejesi idi. Ola bilsin, məhz buna görə Badasyanın üzərinə Dövlət Departamenti tərəfindən təyin olunmuş korrupsiya ilə mübarizə üzrə xüsusi amerikalı müşavirlə sıx əməkdaşlıq öhdəliyi qoyulmuşdu.
Bundan başqa, Milli Təhlükəsizlik Xidmətinin keçmiş başçısı Artur Vanetsyan televiziyaya müsahibələrinin birində bildirmişdi ki, Sorosun fəaliyyəti Ermənistana təhlükə yaradır.
Görünür, bunu ona bağışlamayıblar – tezliklə Vanetsyanı Xidmətin başçısı postundan getməyə məcbur etdilər, onun yerinə isə bir gün də xüsusi xidmətlərdə işləməyən 29 yaşlı Arqişti Karamyanı təyin etdilər. Yeri gəlmişkən, Karamyanın "siyasi təyinat”ından sonra bu qurumdan peşəkar çekistlərin kütləvi şəkildə çıxması müşahidə olunur.
Bu günlərdə, həmçinin məlum oldu ki, Soros fondu Ermmənistana COVID-19-la mübarizə üçün 600 min dollar ayırıb. Xəbər özü özlüyündə pozitivdir, xüsusilə də Paşinyanın koronavirusla uğursuz mübarizəsi fonunda. Bir fakt da diqqət qaçmayıb ki, Ukrayna ilə yanaşı, Ermənistan postsovet məkanının az qala yeganə ölkəsidir ki, milyarder tərəfindən maliyyələşən təşkilatın dəstəyinə "layiq görülüb”.
Paşinyanın hakimiyyətə gəldiyi andan Ermənistanın ictimai həyatında müşahidə olunan tendensiyalardan danışmağa dəyərmi: yerli yayım şəbəkəsindən Rusiya telekanallarının çıxarılmasını təmin edən qalmaqallı qanun layihəsi; İctimai televiziyada sonuncu rusdilli verilişin bağlanması; dövlət telekanalında Aleksey Navalnının ozünə xas olan tezisləri ilə çıxışının yayımı. Özü də ki, bu, RF Konstitusiyasına dəyişiklilərlə bağlı referendum səsverməsindən əvvəl baş vermişdi.
Sosorun və onun strukturlarının Ermənistanın siyasi və ictimai həyatında iştirak etməsini tənqid edən "Veto” təşkilatının fəalları Paşinyanın güc strukturları əməkdaşları tərəfindən repressiyalara uğrayırlar. İlin əvvəlində "Veto”nun təsisçisi Narek Malyan və müxalif "Adekvat” partiyasının görkəmli funksioneri Konstantin Ter-Nakalyan onlara aid edilən qanunsuz silah saxlanılmasına və gəzdirilməsinə görə polisə aparılıblar.
Eskpertlər, həmçinin Yerevanın Rusiya biznesi üçün yaratdığı problemləri də xatırlayır. Bunu Rusiya XİN başçısı Sergey Lavrov da qeyd etmişdi.
Beləliklə, faktı təsdiq etməkdən savayı, başqa bir nəticəyə gəlmək çətindir: Ermənistanın hazırkı hökuməti Corc Sorosun strukturları ilə çox isti, dostluq əlaqələri var.
"Rosbalt”ın yazdığına görə, hazırda Soros fondu respublikada KİV, jurnalist araşdırması, siyasi araşdırma, gənclər siyasəti, insan hüquqları müdafiəsi, elm, təhsil və s. daxil olmaqla, demək olar ki, bütün faəliyyət sahələrini əhatə edən "Açıq cəmiyyət”in himayəsi altında 60-a yaxın təşkilatı maliyyələşdirir.
Bir tərəfdən, bu, həmişə pis deyil. Nikol Paşinyanın koronavirusla mübarizədə işləri yarımçıq qoymasından və ölkəni xəstəlik və adambaşına düşən ölüm statistikasına görə dünya autsayderlərindən birinə çevirməsindən sonra Sorosun Ermənistana bu istiqamətdə yardımı "yerinə düşüb”. Situasiyaya daha qlobal baxsaq, o zaman Ermənistanın indiki rəhbərliyinin Soros fondu ilə aydın əlaqəsi Rusiyaya və onun milli maraqlarına yaxşı heç nə vəd etmir. Və Marqarita Simonyanın postu, eləcə də Paşinyanın ona cavabı bu reallığı bütün çılpaqlığı ilə ortaya qoydu./Qafqazinfo
Xəbər lenti
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Digər xəbərlər
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...