Qənirə Paşayeva Şəhid Ayaz Nəzərovun anası Sima Tanrıverdiyeva ilə görüşüb

Qənirə Paşayeva Şəhid Ayaz Nəzərovun anası Sima Tanrıverdiyeva ilə görüşüb
7NEWS.az xəbər verib ki  görüşdə şəhid ailəsinin qayğıları öyrənilib, ürək sözləri dinlənilib. Q.Paşayeva Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə diqqət-qayğısının hər bir Azərbaycan vətəndaşı, o cümlədən Millət vəkilləri üçün örnək olduğunu vurğulayaraq, şəhid ailələri ilə hər görüşün onunçün əziz görüş olduğunu deyib, şəhid əsgərin əziz ruhuna sayğılarını bildirib.
Q.Paşayeva şəhid ailəsinə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.
Qeyd edək ki, Ayaz Azər oğlu Nəzərov (16.07.1998, Bozalqanlı, Tovuz -  11.01.2022, Kəlbəcər) Tovuz Dövlət Sosial-iqtisadi kollecinin məzunu olub. O, iki il altı ay idi Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışırdı.
Ermənistan silahlı qüvvələrinin bu il yanvarın 11-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi hərbi təxribat nəticəsində şəhid olan Ayaz Nəzərovun nəşi 12 yanvarda doğulub boya-başa çatdığı Bozalqanlı kəndində dəfn olunub.
Ruhu şad olsun!

Xəbər lenti