Qənirə Paşayevanın dəstəyi ilə rəssam Rövşən Bayramovun fərdi sərgisi keçirilib
03 İyun 2022, 10:20
03 İyun
2022
10:20
831
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Şuşa təsviri sənət məktəbinin layiqli davamçısı, tanınmış rəssam Rövşən Bayramovun Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda keşirilən "Şuşanın qədim məhəllələri” adlı açılış mərasimində çıxış edib.
Q.Paşayeva Milli Məclisin Mədəniyyət Komitəsinin mənəvi dəstəyi, "NƏFƏS” İB, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin təşkilatçılığı ilə "Şuşanın qədim məhəllələri” adlı keçirilən sərginin 28 may – Müstəqillik Günü ərəfəsində təşkilinin təsadüfi olmadığını bildirib: "Bu il 28 Mayı bir başqa ovqatda keçiririk. 2022-ci il "Şuşa İli”dir və ilk dəfə olaraq 28 Mayı öz əsl adı ilə - rəsmi olaraq Müstəqillik Günü olaraq bayram edirik. Şuşanın azadlığından bəri bütün bayramlarımız kimi 28 May da bayram kimi bayramdır. Belə bir ovqatda və zamanlamada, Şuşada doğulub, boya-başa çatmış, işğal gününədək Şuşada yaşayıb-yaratmış rəngkarın – Şuşa təsviri sənət məktəbinin layiqli davamçısının sərgisini keçirmək çox xoşdur. Bu, Rövşən Bayramovun Bakıda Şuşa mövzusunda ilk fərdi sərgisi olmaqla da xüsusi anlam daşımaqdadır. İnşallah iyun ayında, əlaqədar dövlət orqanları və könül dostlarının dəstəyi ilə Rövşən müəllimin Şuşada da sərgisini keçirməyi planlaşdırırıq.
Rövşən Bayramovun əsərlərində Şuşanın təbiət təsvirlərini, tariximizi yaşadan sehirli guşələrini, zərif döndərməli küçələrini, yurd həsrətini, ümumiyyətcə insanın, torpağın taleyini görürük. Rəssamın kətana işlədiklərində ağır ömür yükünün də, ölməyən ümid və doğrulan inamın da təcalla etdiyini görürük.
Şuşanın tanınmış aydınlarından Mehrab həkimlə İbrahim xan nəslindən olan İsmət xanımın övladı olan Rövşən Bayramov kübar mühitdə böyüyüb. Onun ilkin estetik zövqünün formalaşmasına ailəsinin önəmli təsiri olub. Valideynləri incəsənətə ruhən bağlı olub və təsadüfi deyil ki, onların bir oğlu arxitektor-zərgər, biri dəmir üzərində döymə sənətinə yiyələnib, Rövşən müəllim isə rəngkarlığı seçib. Keçmiş SSRİ-də məşhur olan Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alan Rövşən Bayramov dövrünün görkəmli rəssamlarından rəngkarlığın sirlərini öyrənib, incəsənət ocağını uğurla bitirib. Bundan sonra isə öz yaradıcılıq arzu və planlarını gerçəkləşdirmək üçün doğma Şuşaya dönüb. Əsasən klassik üslubda işləyən rəssamın Şuşada sənət uğurları az olmayıb. O dönəmin ümumrespublika, ümumittifaq miqyaslı yarışmalarında uğurla iştirak edib.
Rövşən Bayramov işğalaqədərki Şuşa abadlığında öz fırçası ilə yaxından iştirak edib.
1982-ci ildə Şuşada qurulmuş Dövlət Rəsm Qalereyasına direktor təyin olunan Rövşən Bayramovun təşkilatçılıq bacarığı sayəsində bu sənət ocağı qısa vaxtda nəinki Qarabağın, eləcə də respublikamızın tanınmış mədəniyyət mərkəzlərindən birinə çevrilib.
I Qarabağ müharibəsinin ilk illərindən Rövşən Bayramov da, doğma şəhərinin müdafiəsinə qalxıb, gecələr keşikçi məntəqələrində elinin keşiyini çəkib.
Ötən illər Şuşasız qalan Şuşa rəsm Qalereyası Rövşən Bayramovun başçılığı ilə boyu Bakıda fəaliyyətini davam etdirib. Rəssam ötən illər içində, qala şəhərin bütün məhəllələrini yağlı boya ilə kətana köçürüb, memarlıq incilərimiz olan Şuşa məscidlərinə aid tablolar, ümumən Şuşaya həsr olunmuş 100-dən çox əsər işləyib. Bu əsərlər respublikamızda və xarici ölkələrdə şəxsi kolleksiyaları bəzəməkdədir.
Nəzərə alsaq ki, rəssamın təsvir etdiyi tarixi abidələrimizin bir çoxu, işğal illərində dağıdılıb yaxud özgələşdirilməyə çalışılıb, ona görə də , həmin abidələrin bərpası prosesində Rövşən Bayramovun Şuşaya aid təsvirlərinin də özünəməxsus bir qaynaq olduğuna inanıram.
Rəssamımızı bir daha təbrik edir, möhkəm can sağlığı, yeni sənət uğurları diləyir, sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkür edirəm”!
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
MƏDƏNİYYƏT, SOSİAL
Sevinc Çılğının sehirli “Adagio”su - FOTO / VİDEO
-
MƏDƏNİYYƏT, SOSİAL
Tanınnış müğənnidən Prezidentin doğum gününə hədiyyə - VİDEO
-
MƏDƏNİYYƏT
Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
MANŞET, MƏDƏNİYYƏT
Prezident yeni mədəniyyət naziri təyin etdi
-
MƏDƏNİYYƏT
Anar Kərimov vəzifəsindən azad edildi
-
GÜNDƏM, MƏDƏNİYYƏT
YARAT “Multiperspektivdə” adlı yeni qrup sərgisini elan edir
-
MƏDƏNİYYƏT, SOSİAL
Tbilisidə tanınmış Azərbaycan rəssamı Aida Mahmudovanın “Cənnət Gözləyə Bilər” adlı sərgisi açılıb
-
MƏDƏNİYYƏT
Şair Yafəs Türksəs vəfat etdi
-
MƏDƏNİYYƏT
“Vətən müharibəsinin memarı” kitabı işıq üzü gördü