Qənirə Paşayevanın “Sirlər dünyasına səyahət: MİSİR” kitabının təqdimatı olub

20 Dekabr 2021, 12:55
20 Dekabr
2021
12:55
302
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayevanın "Sirlər dünyasına səyahət: MİSİR” kitabının "Avrasiya Beynəlxalq Araşdırmlar İnstitutu”, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə”, "Nəfəs” və "Masallı Təhsil Fondu” ictimai birliklərinin təşkilatçılığı ilə təqdimat mərasimi keçirilib.
"Azərkitab”da baş tutan təqdimat mərasiminin aparıcısı – Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı Azərbaycan-Misir ədəbi-mədəni, tarixi əlaqələrindən və Misirin Azərbaycanın dövlət müstəqilliyini tanımasının 30-cu ildönümü ərəfəsində olduğumuzdan söz açıb, ürək sözlərini bölüşüb. O, Q.Paşayevanın kitabını iki qədim mədəniyyətə, qədim tarixə malik ölkənin ədəbi-mədəni əlaqələri baxımından əlamətdar hadisə adlandırıb, onun öz içəriyi, yanaşmaları baxımından Misir haqqında müstəqil Azərbaycanda çıxmış ilk belə kitab olduğunu deyib.
Kitabın müəllifi, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Q.Paşayeva təqdimat mərasimində iştirak edən Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimi və onun xanımı İnas Abdelhadi Eissanı, səfirliyin tərcüməçisi Mafəddin Hümmətovu, Azərbaycan parlamentinin üzvlərini, görkəmli ədəbiyyatşünasları, tarixçiləri, şairləri, yazıçıları, QHT, KİV rəhbərlərini, gəncləri salamlayıb.
O, Misir Ərəb Respublikasına səfərlərindən, orada beynəlxalq konqres, simpoziumlarda iştirakından, görüşlərdən və ölkələrarası əlaqələrdən söz açıb:
"Azərbaycanla Misir arasında rəsmi və vətəndaş cəmiyyəti institutları xətti ilə baş tutan görüşlər, o cümlədən ziyalılarımızın səmimi, etibarlı və getdikcə güclənən əlaqələri, əməkdaşlığı sevindiricidir.
Misirin ölkəmizdə səfirinin timsalında, Misir ziyalılarına 44 günlük Vətən Müharibəsində bizim haqq işimizə verdikləri mənəvi dəstək üçün təşəkkür edirəm.
Biz Misir ziyalılarının Azərbayacana artan marağından məmnunuq.
Mən Misir haqqında hələ uşaqlıqdan maraqlanır, oxuyur, öyrənirdim. Əmim, ərəb dünyasına və dilinə vaqif olan professor Qəzənfər Paşayev sayəsində bu maraq getdikcə daha da artır, güclənirdi. Televiziya jurnalisti olduğum illərdə Misirlə bağlı rəsmi və ictimai tədbirlərdə iştirak imkanım oldu və nəhayət Milli Məclisin üzvü, özəlliklə Azərbaycan-Misir parlamentlərarası işçi qrupunun üzvü seçildikdən sonra müxtəlif tədbirlərdə iştirak etməkçün bu dost ölkəyə bir neçə dəfə səfər etdim. Hər səfərimdə özümçün müşahidələr aparır, qeydlər edirdim. Nəhayət dostlarla birgə o müşahidə və qeydləri toplayaraq kitablaşdırmaq qərarını gəldik. Bu kitab bir növ Misirin hekayəsidir; yaxud kitab mənim gözümdən görünən Misiri anladır.
Hər kəsi bir daha salamlayır, dəvətimizi qəbul edib, təqdimat mərasiminə gəldiyiniz üçün təşəkkür edirəm. Kitabın redaktorları – tanınmış şairlər Elman Tovuz, Əkbər Qoşalı və İbrahim İlyaslıya xüsusi təşəkkür edir, uğurlar diləyirəm”!
Misirin Azərbaycandakı Səfiri cənab Adel İbrahim kitaba və təqdimata görə Q.Paşayevaya, kitabın nəşrə hazırlanmasında və tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib, iki ölkə arasında mədəni əlaqələrin artmasının hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb. O, Azərbaycan xalqını 44 günlük müharibədəki tarixi Zəfər münasibəti ilə təbrik edib.
Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Ceyhun Məmmədov, işçi qrupunun üzvü İlham Məmmədov, Millət vəkilləri – Aydın Hüseynov, Bəhruz Məhərrəmov, Əməkdar eım xadimi Prof.Dr. Qəzənfər Paşayev, AYB-nin sədr müavini, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, RHİM İB sədri Arzu Bağırova tədbirdə çıxış edib, ürək sözlərini bölüşüb. "Vektor”un qurucu-başqanı, şair-publisist Prof.Dr. Elçin İsgəndərzadə Azərbaycanlı rəssam, beynəlxalq müsabiqələr laureatı Nəsibə Mələyin İslam motivli əsərini Misirin Azərbaycandakı səfirinə təqdim edib. Çıxışlarda Azərbaycan-Misir dostluğundan, Misirin ərəb ölkələrinin anası, dünya mədəniyyətinin beşiyi kimi tanınmasından və bu mövzuların kitabda ətraflı şərh olunmasından söz açılıb. Çıxışçılar "Sirlər dünyasına səyahət: MİSİR” kitabını bələdçi və elmi-publisistik janrlı əsər kimi xarakterizə edib.
Qeyd edək ki, kitab "CBS”-də rəngli və nəfis tərtibatla gün üzü görüb. Kitabın məsləhətçisi Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Tural Rzayevdir. Respublikamızda Misir haqqında mıxan azsaylı kitablardan sayılan "Sirlər dünyasına səyahət: MİSİR” misirşünaslar, regionşünaslar, kulturoloqlar, diplomatlar, ümumən geniş oxucu kütləsi umun nəzərdə tutulub. Nəşr maraqlı süjet xəttinə malik olub, informasiyalarla zəngindir. Burada ölkənin tarixi, etnoqrafiyası, təbiəti və s. haqqında dolğun təsəvvür yaradılır.
Kitab respublikanın aparıcı kitabxanalarına, digər bir sıra mədəniyyət ocaqlarına, Misir üzrə tədqiqat aparan alimlərə və b. hədiyyə olunacaq.














Xəbər lenti
-
20:00MEDİA yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib
-
19:23Prezident Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub - YENİLƏNİB
-
18:31Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının təməli qoyulub - YENİLƏNİB
-
18:18Gəncədə QHT-dövlət əməkdaşlığı mövzusunda zona konfransı keçirilib
-
18:06Peru Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb
-
17:43Nərimanovda yeni yaşam tərzi başlayır – “City Garden Narimanov”!
-
11:19Bakıda "Texnofest" festivalı başlayıb
-
11:13Milli Şuradan bədnam müraciət: “Bakıya təzyiq edin...”
-
10:38Cənubi Qafqazda sülhyaratma təşəbbüsləri alqışa layiqdir
-
19:21Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilib
-
19:18Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib
-
16:13Səlcuk Bayraktar Bakıda MiG-29-da uçub - FOTO+ VİDEO
-
16:05Sülh razılaşması Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında hazırlanacaq
-
10:47Zəngəzur dəhlizi tezliklə reallaşacaq - TƏHLİL
-
00:00Böyük Britaniyada meymun çiçəyinə yoluxanların sayı 56-ya çatıb
-
20:09Xorvatiya Prezidenti İlham Əliyevi təbrik edib
-
18:25Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
-
18:22İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib
-
18:04İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
-
17:28MDU-da Ümumdunya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilən seminar keçirilib
-
15:51Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Bərdə regional “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
-
15:28“İrəli” İB region gənclərinin inkişafı üçün yeni layihəyə start verir
-
14:14“Milli Məclisdə kadr islahatları Sahibə Qafarova sədr seçildiyi gündən başlayıb” – Elşən Musayev
-
13:49"Balaş Qasımov işinin peşəkarıdır" - Elşən Musayev
-
09:55“Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb
-
23:50Agentlik rəhbərliyi Qubada “QHT ziyarətləri” keçirdi - FOTOLAR
-
23:07“Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb
-
17:28“Brüssel görüşü İlham Əliyevin növbəti siyasi-diplomatik uğurudur”- Elşən Musayev
-
16:17Brüssel görüşü: Azərbaycanın növbəti diplomatik uğuru - TƏHLİL
-
17:17Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.
-
17:09Elşən Musayev: “Siyasi dialoq demokratik sistemin əsas komponentlərindəndir” - VİDEO
-
15:49Elşən Musayev: “Radikal müxalifətin həyatı elə anons verməklə keçib” (MÜSAHİBƏ)
-
15:10Mingəçevir Dövlət Universiteti “Şuşa İli”nə həsr olunmuş beynəlxalq konfransa təşkilatçılıq edib
-
11:14Cozef Baydenin Azərbaycan Prezidentinə təbrik məktubu ölkəmizə və dövlət başçımıza olan diqqətin növbəti təzahürüdür - ŞƏRH
-
09:19Saxta alimlər, pulla alınan ödüllər, “elmi” fırıldaqlıqlar… - SENSASİON YAZI
-
21:57QHT-dövlət münasibətlərinə həsr olunmuş Respublika zona konfransı keçirilib
-
20:10Cozef Bayden İlham Əliyevi təbrik edib
-
19:09Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə həsr edilmiş “Qarabağın tacı Şuşa” adlı tədbir keçirilmişdir
-
17:57Gənclər arasında dini dözümlülük və multikulturalizmin təbliği mövzusunda təlim keçirilib
-
17:35Əli Hüseynli: Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təsis edilməsi çoxşaxəli hüquqi islahatlara mühüm töhfədir
26 May 2022
25 May 2022
24 May 2022
23 May 2022
21 May 2022
20 May 2022
Digər xəbərlər
-
GÜNDƏM, MƏDƏNİYYƏT, SİYASƏT
Brüssel görüşü İrəvanda təlaş yaratdı...
-
GÜNDƏM, MƏDƏNİYYƏT
Qənirə Paşayevanın “Sirlər dünyasına səyahət: MİSİR” kitabının təqdimatı olub
-
GÜNDƏM, MƏDƏNİYYƏT
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə viran qalmış bütün dini və mədəni abidələrimiz bərpa ediləcək
-
GÜNDƏM, MƏDƏNİYYƏT
NARGİN – saralmış kədər
-
GÜNDƏM, MƏDƏNİYYƏT
"Virtual Qarabağ" İKT Gənclər İB tərəfindən "Göyçə: itirilmiş ocaq" sənədli filmi istehsal edilib – GİN-in dəstəyi ilə
-
GÜNDƏM, MƏDƏNİYYƏT
“Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş olunacaq
-
GÜNDƏM, MƏDƏNİYYƏT
“Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş olunacaq