QHT-lərə ayrılacaq qrant məbləğinin yuxarı həddi müəyyənləşdi

QHT-lərə ayrılacaq qrant məbləğinin yuxarı həddi müəyyənləşdi
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi müəyyənləşib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla Agentlik tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi aşağıdakı kimi müəyyən edilib:

1. "Kiçik qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə - 15000 (on beş min) manat;

2. "Orta qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə - 30000 (otuz min) manat;

3. "Böyük qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə - 50000 (əlli min) manat;

4. "Səfər qrantı müsabiqəsi” üzrə - 10000 (on min) manat.

Xəbər lenti