Qızıl Aypara Cəmiyyətinin könüllərinə qan donorluğu və talassemiya xəstəliyi haqqında məlumat verilib

Qızıl Aypara Cəmiyyətinin könüllərinə qan donorluğu və talassemiya xəstəliyi  haqqında məlumat verilib

Dekabrın 6-da "Tovuz Gənclər Evi”-ndə "Azərbaycan  Qızıl Aypara Cəmiyyəti”-nin (AzQAC) Tovuz rayon  bölməsinin  və    "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin (AQDİM)  birgə təşkilatçılğı ilə  "Sağlam olaq – Donor olaq” adlı təbliğat-təşviqat xarakterli tədbir təşkil olunub.
Tədbirdə "Azərbaycan Qızıl Aypara Cəmiyyəti”-nin Tovuz Rayon bölməsinin sədri Qəməndər Məmmədov və  "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin  idarə heyətinin sədri Fuad Rəsul  iştirak ediblər.
Qeyd olunub ki, qan vermək hər bir sağlam insanın bəşəri borcudur. Qan vermək insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edər. Qan verən insanda ürək xəstəliklərinin baş vermə riski 90 faiz aşağı düşür. Hər dəfə qan verildikdə qan analizi edilir.
 Həmçinin AzQAC-ın  Tovuz Rayon bölməsinin könulləri tərəfindən qanaxmalar zamanı qanın dayandırılması üsulları, sınıq-çıxıq və zədələnmələr zamanı zədələnmiş ətrafın fiksasiya edilməsi üsulları, döş qəfəsinin ağrıları, zədələnmələri və yaralanmaları, o cümlədən tənəffüs yoluna yad cismin düşməsi zamanı göstəriləcək ilk yardım qaydaları  nümayiş olunub.
Tədbir sonunda  "Azərbaycan  Qızıl Aypara Cəmiyyəti”-nin (AzQAC) Tovuz rayon  bölməsi və "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” arasında birgə tədbirlər planı haqqında razılığ əldə olunub.
Qeyd edək ki, Qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.
 
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Xəbər lenti