“Qubad İbadoğlunun ciddi psixiatrik müalicəyə ehtiyacı var”

“Qubad İbadoğlunun ciddi psixiatrik müalicəyə ehtiyacı var”
"Görünən budur ki, Qubad İbadoğlu tamamən başını itirib və onun ciddi psixiatrik müalicəyə ehtiyacı var.  Çünki artıq nə danışdığını bilmir, tamamən sərsəmləyir və öz hallusinasiyalarını reallıq kimi təqdim etməyə çalışır.” -  7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Qubad görəsən yatıb yuxudamı görüb ki, Azərbaycan Ukraynaya silah satır? Hardan alıb axı həmin məlumatı? Kim deyib? Kim yazıb? Bəlkə qulağına qaranquşlar  pıçıldayıb?

Nədir axı, bu manipulyasiyanın səbəbi? Niyə yalanın bu boydasını danışır? Özünü niyə bu qədər gülünc vəziyyətə qoyur, Qubad İbadoğlu? 

Hər şeyin bir həddi var. Hakimiyyəti bəyənmirsən, bəyənmə. Kimsə səni buna məcbur etmir. Mübarizə aparmaq istəyirsən, mübarizəni apar. Amma kişi kimi apar da. Bu qədər ləyaqətsizcə, provokativ şəkildə yox!” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti