Ramil Həsən: "Zəngəzur dəhlizinin açılması böyük imkanlar yaradacaq" (FOTOLAR)
22 Aprel 2021, 17:00
22 Aprel
2021
17:00
904
Aprelin 22-də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi "Türkdilli dövlətlər və Azərbaycan arasında münasibətlər Vətən müharibəsindən sonra” mövzusunda görüş keçirib. Milli Məclisin deputatı Ramil Həsən görüşdə iştirak edib.
Tədbirdə giriş sözü ilə çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov türkdilli ölkələr arasında münasibətlərin əhəmiyyətindən danışıb. Qonağı görüş iştirakçılarına təqdim edən Bəxtiyar İslamov bildirib ki, Ramil Həsən uzun müddət YAP Gənclər Birliyinin sədri olub, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi vəzifəsində çalışıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Ramil Həsən əvvəlcə YAP Gənclər Birliyinin yeni heyətinə uğurlar arzulayıb. Ramil Həsən bildirib ki, 2009-cu ildə Naxçıvan şəhərində Türk Şurasının yaradılması tarixi hadisədir. Ötən dövr ərzində Türk Şurasının səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdıran millət vəkili bu dövr ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldığını qeyd edib: "Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Son Zirvə görüşündə də Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin əhəmiyyətini xüsusi ilə vurğuladı”.
Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında münasibətlər daha sıxdır. Bütün sahələr üzrə dərin əməkdaşlıq əlaqələri üzərində qurulan bu münasibətlər Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi "bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq davamlı inkişaf edir. Biz sarsılmaz qardaşlığımızı 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdik. Hər iki ölkə heç bir tərəddüd etmədən bir-birini dəstəkləyir və bundan sonra da belə olacaq. Öz torpaqlarının işğalçı qüvvələrdən azad edilməsi uğrunda gedən döyüşlərdə Türkiyə daim Azərbaycanın yanında oldu. Vətən müharibəsi başlayarkən Türk Şurası da bəyanat verərək Azərbaycana dəstəyini ifadə edib. Biz bunu yüksək dəyərləndiririk.
Ramil Həsən qeyd edib ki, mart ayında keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə müzakirə olunan məsələlər də ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edir. Bu, türkdilli dövlətlər arasında mövcud olan sıx əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür. Təsadüfi deyil ki, Türk Şurasına üzv dövlətlərin başçıları Azərbaycan Respublikasının ərazilərinin hərbi işğaldan azad edilməsini təqdir edib və münaqişənin sona yetməsini alqışlayıblar.
Millət vəkili Zəngəzur dəhlizinin açılmasının da tarixi əhəmiyyətindən bəhs edib: "Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçərək Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və daha sonra Türkiyə ilə birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacaq. Zəngəzur dəhlizindən istifadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında iqtisadi əlaqələrin daha da artmasına gətirib çıxaracaq. Bu dəhlizin təkcə iqtisadi yox, siyasi, mədəni və mənəvi baxımdan da önəmi böyükdür. Bu amil türkdilli dövlətlərin birliyini daha da gücləndirəcək. Türk Şurasına üzv ölkələr Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduqlarını da ifadə edirlər”.
Ramil Həsən söyləyib ki, türkdilli dövlətlərin qarşılıqlı səmərəli fəaliyyəti Türk Şurasının beynəlxalq müstəvidə də mövqelərini gücləndirir. Bu baxımdan, gələcəkdə türkdilli ölkələrin birliyi daha da güclənəcək və Türk Şurası beynəlxalq münasibətlər sistemində mühüm rol oynayacaq.
Tədbirdə daha sonra millət vəkili gənclərin suallarını cavablandırıb. Görüş diskussiya şəraitində davam edib.
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib