Rasim Balayevdən BMT-yə, FETÖ-dən kapitulyasiyaya qədər

22 Avqust 2023, 13:07
22 Avqust
2023
13:07
63
BMT-də Ermənistanın növbəti "blokada” avantürası müzakirə olunarkən proseslə yaxından maraqlanan hər kəsin içində qəti bir əminlik vardı: "Yaxşı olacaq!” O mənada yaxşı olacaq ki, bu gün dünya siyasətinin ən mahir qrossmeysterlərindən biri olan İlham Əliyev heç şübhəsiz bütün detalları düşünüb, hesablayıb, proqnozlaşdırıb. Yəni, İlham Əliyev hansı addımlar atdığını, atacağını çox gözəl bilir və onun adı olan yerdə Azərbaycana qarşı açıq getmək elə açıq da hünər tələb edən məsələdir.
Hətta BMT formatında...
Paşinyanın panik durumu isə onun öz acısından başa düşülsə də qlobal miqyasda izahı, açıqlaması olmayan bir haldır. Daha dəqiq söyləsəm: Ermənistanın öz daxilindəki "Qarabağ klanı” və mövcud siyasi hakimiyyət arasında gedən soyuq müharibənin məziyyəti, konturları kimsəyə maraqlı deyil. Adam ya xalqla işləməli, ya da həmin "Qarabağ klan”ının yedəyinə çevirilməlidir. Üçüncü alternativ yoxdur. Və eyni zamanda görünən də budur ki, Paşinyan "yuxarı baxıram bığ, aşağı baxıram saqqal” fəlsəfəsinin kuryoz rənginə daha çox köklənib. Ona görə ortalıqda var-gəl etməyə, zaman udmağa, paralel olaraq hamının xoşuna gəlməyə çalışır.
Amma bu yol deyil, yolsuzluqdur, özünü aldatmaqdır, əslində qram-qram ölməkdir...
***
İkinci Qarabağ müharibəsinin sonunda üçtərəfli anlaşmanın detalları müzakirə olunarkən Xankəndi dilemmasını daha da qabardan məsələlərdən biri ermənilərin çox böyük miqyasda təxribat planı olub. Biləsiniz bunu! Əsas da kapitulyasiya mövzusuna mız qoyanlar - eşidin və duyun: Yaramaz düşmən Xocalı faciəsini bir də özününkülər üzərində sınaqdan keçirmək, törətdikləri Gəncə terrorunu beynəlxalq aləmə unutdurmaq, məğlubiyyətlərini kompensasiya etmək üçün bütün iyrəncliklərə, vandalizmə hazır olub. Və indi Laçın koridoru üzərindən səsləndirilən "humanitar soyqırımı” ifadəsi də həmin beyinin, həmin məntiqin məhsuludur. Ayrıca...Azərbaycan diplomatiyası Hikmət Hacıyevin timsalında hələ BMT müzakirələrinə qədər ermənilərin məlum "B” planını ifşa etməsəydi, bəlkə də gedişat başqa cür olardı. Yəni, Ermənistan siyasi rəhbərliyi öz vətəndaşını gözünü belə qırpmadan "gilyotin” altına vermək iqtidarındadır. Yetər ki, maraqları təmin olunsun və beynəlxalq arenada məzlum obrazını formalaşdırsın...
Qayıdıram yenə BMT mövzusuna. Mən də Prezidentimə güvəndiyim üçün Azərbaycanın qələbəsinə əmin idim. Və bizim hamımızda bu əminliyi ölkə başçısı illər boyunca, addım-addım, öz cəsarəti ilə yaradıb. Müharibə dövrünü xatırlayın: Bir gün belə ağlımıza gəlmədi ki, uduza bilərik, itirə bilərik. Hərgah müharibə - üstəlik, bu qədər açıq müharibə - bütün dövlətlər, ələlxüsus onların rəhbərləri üçün riskdir. Çünki müharibənin iki başı olur. Fors-major durum yarana, plan məcaradan çıxa, hər şey tərsinə gedə bilər. Amma Azərbaycan vətəndaşı bir gün belə mənfi , qorxulu tərəflər haqda düşünmədi, yalnız qələbəyə kökləndi. Hətta İlham Əliyev bizi yaxşı mənada elə ərköyünləşdirdi ki, artıq kəndə qane deyildik, Ali Baş Komandandan hər çıxışında hansısa şəhərin işğaldan azad olunma xəbərini gözləyirdik.
Həmin güvəni bizə O özü vermişdi...
***
Bəzən sosial şəbəkələr tərəfindən mənasız və süni polemikalar ixrac edilir. Misal üçün, FETÖ təhlükəsi ilə bağlı. Ya da ay nə bilim, guya kimsə hakimiyyətə rəqibdir deyə həbs olunub, siyasi dustaqdır və s, ilaxır. Yoxdur belə bir şey! FETÖ cinayətkar qrupdur, amma Azərbaycan kimi sabit ölkələrdə əsla kök sala bilməz. Çünki dövlətin təhlükəsizlik qurumları yerindədir, ayıq - sayıqdır. Ona görə də kimsə bu və ya digər terror təşkilatına qulluq edirsə anındaca ifşa olunur. Azərbaycan hakimiyyəti indiyə qədər necə nəhəng murdarların qarşısında duruş gətirib, onların yanında FETÖ tör-töküntüləri kimdir ki? Nəsə edə bilərlərmi? Əsla! Hə, razıyam, gecə üzə çıxan həşərat kimidirlər, fürsət düşən anda mahiyyətlərini ortalığa qoyurlar. Üstəlik, "əsasən təhsil sektorunda kök salıblar” - fikri daha çox önə çəkilir. Hərgah, əmin olun: "moyka”lara qədər çöküblər. Öz də bütün dünyada! Əsas mövzudan kənarlaşsam da kiçik bir haşiyə çıxım. FETÖ-nun əsas hədəfi siyasi olimp olduğu üçün şəbəkə xərçəng hüceyrəsi kimi metostaz həmləsi qurur, yayılaraq məhv etmə proqramını önə çəkir. Təhsil sektoru (FETÖ-nün basqı imkanı olan bəlli məktəblər, Universitetlər) sadəcə məsələnin görünən tərəfidir. Əslində isə bu yaramaz ünsürlərin ən böyük məqsədi və hədəfi ictimai – siyasi sektorda qərarlaşan tanınmış şəxsləri öz tələsinə salmaqdır. Vasitə də şantajdır: Münasibət qurulur, kompromatlar toplanır, daha sonra hərəkətə keçilir. Və nə yazıq ki, öz dövlətinin, öz millətinin maraqlarını xarici piştaxtalarda rahat bir şəkildə satmağa meylli, həvəsli olanlar həmin tələyə düşmək üçün bütün mümkün çabaları göstərirlər...
Sözümün mustafası: FETÖ ilə adı hallananlar siyasi hakimiyyətə rəqib olduqları üçün deyil, əməllərində cinayət tərkibi olduğu üçün həbs ediliblər. Üstəlik, bu ittiham toplusu əbəs deyil, realdır və hər kəs əmin olsun ki, Azərbaycanın hüquq-mühafizə orqanları fantaziyalarla deyil, real faktlarla işləyirlər.
***
Hamının eşitdiyi məşhur bir deyim var: "Dost dar gündə tanınar.” Nə qəribədir ki, düşmən də sənin güclü, sevincli günündə tanınır və Qarabağ qalibiyyəti bizi məhz məlum acı həqiqətlə üzbəüz qoydu, beynəlxalq miqyasda çoxlarının iç üzünə şahidlik etdik, İran və Fransanın timsalında gücümüzdən güc almaq, sülhə əngəl olmaq istəyənlərin, Azərbaycanın uğurlarına ikrah və qahmar hissi ilə yanaşanların kimliyini bu dəfə maskasız gördük, bir çox "femidasifətlilərin” əslində ATƏT-in Minsk Qrupundan daha fərqli oyun oynamadıqlarını, üzdə ayrı, daldada başqa performans sərgilədiklərini sezdik. Yəni, onlar həmindirlər. Dəyişməyiblər. Çoxu eynidirlər. Sadəcə məsələ burasındadır ki, biz artıq əvvəlki biz deyilik. Biz indi qalibik. Biz indi diktə edirik.
Və bir anlıq düşünün ki, sülh müqaviləsi imzalanandan, Xankəndiyə Azərbaycan bayrağı sancılandan sonra həmin sifətlər necə əyiləcək, hansı deformasiyalara uğrayacaq.
Zatən həmin gün uzaqda deyil...
***
Kapitulyasiya...Nə qədər adam danışır bu haqda. Bilən də, bilməyən də. Həyatında məlum ifadəni ilk dəfə eşidən də. Ki, bəs bu necə kapitulyasiyadır ki, hələ Qarabağın müəyyən hissələrinə ayaq basa bilməmişik. Bax, həmin insanlara ünvanlanıram! Kapitulyasiya – düşmənin və ya rəqibin məğlub durumda ağ bayraq qaldırmasına, geri çəkilməsinə, sənin şərtlərinlə razılaşmasına deyilir. Kapitulyasiya könüllü yox, məcburi vəziyyətdir. Kapitulyasiyanın buynuzu olmur! Kimsə də demir ki, kapitulyasiyadan sonra bütün terrorlardan, təxribatlardan sığortalanmışıq. Xeyr! Kapitulyasiya düşmənin xislətini deyil, fakt və güc nisbəti qarşılığında mövqeyini, xəyallarını, planlarını, arzularını dəyişir...
Və Ermənistan bütün parametrlər üzərindən kapitulyasiya edilib!
***
Dünya bəlkə də indiyə qədər heç bir zaman belə labirint dönəm yaşamayıb. Kimin əli kimin cibindədir, bilinmir. Qlobal maraqlar bütün əndazələri aşıb. Beynəlxalq hüquq gedib işinin dalınca. Hər hegemon dövlətin, hər bazburut təşkilatın öz ədalət, öz vicdan, öz həqiqət meyarı yaranıb. Və...siz indi bir anlıq təsəvvür edin ki, bu vəziyyətdə Azərbaycanın öz ayağı üstdə dayanmağı, qalibiyyət qazanmağı, 200 ildə ilk dəfə itirilmiş torpaqlarını geri qaytarmağı, infrastruktur yaradıb həmin torpaqlara sürətli qayıdışı təmin etməyi nə deməkdir...
Dəyərini anlamalıyıq bu günlərin. Səbəbini dərk etməliyik bu xoşbəxtliyin...
Siyasətdə qara eynəklə təfərrüat xırdalamaq olmaz. Siyasətdə ayaqla düşünüb ağızla danışmaq olmaz. Siyasətdə sağ göstərib sol vurmaq olmaz. Ədalətə söykənməlidir hər kəs. Xüsusən siyasi rəqiblərimiz. Xüsusən indiki həssas məqamda. Xüsusən hamının gözü bizdə ikən. Amma olurlarmı? Olmurlar. Hətta inadına olmurlar. Nümayişkəranə şəkildə olmurlar...
Xaricdən qrant alan kəsin Rasim Balayevi öz ləyaqətli Prezidentindən orden aldığna görə qınaması normaldırmı? Normal deyil.
"BMT” ilə "BMW” – nin fərqini bilməyənin siyasi müzakirə açmağı normaldırmı? Normal deyil.
Ukrayna balaca bir məhəlləni işğaldan azad edərkən "Slava Ukrayna” yazanın, qəhrəman ordumuz Qarabağı fəth edərkən bircə dəfə də olsun "Yaşasın Azərbaycan” yazmamağı normaldırmı? Normal deyil.
Şuşanı satanların Şuşanı geri qaytaranları ittiham etməsi normaldırmı? Normal deyil.
Vallah-billah normal deyil...
Məsuliyyət danışanların deyil, onu daşıyanların üzərindədir.
Tanrı İlham Əliyevi və güclü Azərbaycanımızı bizə çox görməsin.../qafqazinfo
Elşən Musayev, Milli Məclisin deputatı
Xəbər lenti
-
18:24“ASAN xidmət”də Türkiyənin rəsmi şəxsləri ilə görüşlər keçirilib
-
18:19Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir
-
12:22“Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında gənclərin rolu” adlı konfrans keçirilib
-
11:41Bakıda ilk dəfə "1st lNBA Eurasia Championship" beynəlxalq turnir keçiriləcək
-
10:41Azərbaycanın kənd təsərrüfatı naziri “Discover Horticultural Expo 2023 Doha” Beynəlxalq Bağçılıq Sərgisinin açılış mərasiminə qatılıb
-
12:43İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var - MÜSAHİBƏ
-
11:28VƏTƏNDAŞLIĞIMIZI QƏBUL EDƏN ERMƏNİLƏR TƏNTƏNƏLİ ŞƏKİLDƏ AND İÇMƏLİDİRLƏR- HÜQUQİ ŞƏRH
-
11:25Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
-
11:23Vardanyanın milyardlıq mülkləri...
-
10:08Xocalıları xilas etmək üçün təslim olan Natiq Qasımov (VİDEO)
-
13:47“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir
-
12:50Deputat Ramil Həsən Küçəkənd kəndində seçiciləri ilə görüşüb
-
09:39“Belə olmur e, əziz bacım, olmur belə...” – Elşən Musayevin yazısı
-
15:15Daha bir Xocalı qatili həbs edildi
-
11:09Şəmkir rayonunda gənc qızların təhsilə marağının artırılması ilə bağlı layihəyə start verilib
-
10:15Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
-
21:05Alındı, cənab Prezident!
-
14:56“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
14:49“Qadın gülərsə, qadın qurarsa, qadın bacararsa cəmiyyət çiçək açar” adlı layihəyə start verildi
-
14:06İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib
-
14:04Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edəcək
-
18:46Vitali Balasanyan da HƏBS OLUNDU
-
17:24Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
10:18Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
-
15:27Şəhid Turalın məktubu
-
15:25Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib
-
14:19Pulunuzun etibarlı artımı üçün nə etməli?
-
12:22TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
-
12:21“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
-
19:55Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib
-
12:14İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub
-
11:26Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edəcək
-
11:19HABER GLOBAL 5 yaşında - VİDEO
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
12:47“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
03 Oktyabr 2023
02 Oktyabr 2023
01 Oktyabr 2023
30 Sentyabr 2023
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023
24 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
Digər xəbərlər
-
SOSİAL, SİYASƏT
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
-
GÜNDƏM, SİYASƏT
Alındı, cənab Prezident!
-
GÜNDƏM, SİYASƏT
“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
SİYASƏT
Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
GÜNDƏM, SİYASƏT
“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
-
SOSİAL, SİYASƏT
Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
GÜNDƏM, SİYASƏT
Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - ƏLİ HÜSEYNLİ
-
GÜNDƏM, SİYASƏT
“Qisasımız ağır olacaq!” – Elşən Musayev
-
SİYASƏT
“Fuad Qəhrəmanlının lideri Azərbaycan siyasətinin ən vicdansız nümayəndəsidir” MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ