“Regionlarda qadınların maliyyə savadlılığının artırılmasına dəstək” layihəsinin icrasına start verildi

“Regionlarda qadınların maliyyə savadlılığının artırılmasına dəstək” layihəsinin icrasına start verildi
Gənc Mühasiblər İctimai Birliyinin "Regionlarda qadınların maliyyə savadlılığının artırılmasına dəstək” layihəsinin icrasına başlanıldı. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Belə ki, Layihənin məqsədi ölkə iqtisadiyyatına və ölkəmizdə qadınların, həm də gənc qızların maliyyə savadlılığının artırılmasına dəstək göstərməkdir. Bu məqsədlə Lənkəran, Masallı və Biləsuvar rayonlarında təlimlərin keçirilməsi nəzərdə tutulur. Layihə nəticəsində rayonlarda qadın qrupunun maliyyə savadlılığı kifayət qədər artacaq, bu da onların öz maliyyə planlamasının qurulmasının, maliyyəyə dair digər fəaliyyətlərinin inkişafına gətirib çıxaracaqdır, sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə dəstək göstəriləcək, sahibkar kimi fəaliyyət göstərməyə sövq edəcəkdir. Sahibkar qadınlar və yeni sahibkarlıq fəaliyyətinə başlamaq istəyən regionda yaşayan qadınlar dəstəklənəcək. KİV vasitəsilə layihə barədə ictimaiyyətə məlumat çatdırılacaq.
Layihə1 sentyabr 2022-ci il tarixindən 1 noyabr 2022-ci il tarixinə qədər müddəti əhatə edir.

Xəbər lenti