Rumıniya ilə Azərbaycan arasındakı münasibətlər strasteji tərəfdaşlıq əsasında inkişaf edir

Rumıniya ilə Azərbaycan arasındakı münasibətlər strasteji tərəfdaşlıq əsasında inkişaf edir
"Rumıniya ilə Azərbaycan arasındakı münasibətlər strasteji tərəfdaşlıq əsasında inkişaf edir. Digər sahələr kimi yanacaq, enerji sahəsində də bu iki dövlətin çox yüksək səviyyədə əlaqələri mövcuddur. Təsadüfi deyil ki, uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var”. 
Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib. 
"Prezident İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanat hər iki ölkənin qarşılıqlı inkişafı üçün yol xəritəsi olmalıdır. Hazırda siyasi əlaqələrimiz də Rumıniya ilə çox yüksək səviyyədədir. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb. Ancaq gələcək perspektiv bunu deməyə əsas verir ki, bu dövriyyə daha çox artacaq. Bu gün təbiətin bizə verdiyi təbii nemətlər və prezident İlham Əliyevin  yürütdüyü siyasət Avropanın bir çox dövlətləri üçün bizi vacib tərəfdaş statusuna gətirib. Bildiyimiz kimi Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcək. Bu tranzit isə əlbəttə Rumıniya üçün də yaxşı gələcək vəd edir. Əlbəttə hazırda dünyada gedən proseslərdən görmək olar ki, yaxın gələcəkdə yaşıl enerji ehtiyacları da bir çox dövlət üçün vacib amilə çevriləcək. Azərbaycan isə illər öncədən bu sahədə çox dəqiq və düşünülmüş addımlar atmışdır ki, indi yaşıl enerji sahəsində də ölkəmiz önəmli mənbəyə çevrilib. Bu baxımdan iki ölkə arasında imzalanmış sənədlərə əsasən həyata keçirilən layihələr, həm strateji, həm də böyük sərmayə tələb edən layihələrdir. Ancaq Azərbaycanın maddi gücü və sadiq tərəfdaşlığı bütün region üçün vacib olan layihələrin uğurla icrasına imkan yaradacaq”.

Xəbər lenti