Rusiyanın indiyədək Ukraynada verdiyi itkilərin sayı açıqlanıb

Rusiyanın indiyədək Ukraynada verdiyi itkilərin sayı açıqlanıb
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 5 710 nəfər zərərsizləşdirilib, 200 nəfər əsir götürülüb.

Bundan başqa, işğalçı qüvvələrin 29 təyyarə, 29 helikopter, 198 tank, 846 zirehli döyüş maşını, 77 artilleriya qurğusu, 7 hava hücumundan müdafiə sistemi, 24 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 qayıq, 305 avtomobil texnikası məhv edilib.

"Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - deyə məlumatda vurğulanıb.

Xəbər lenti