"Sabirabad rayonunda gənc qızların məşğulluğunun təmin edilməsi” adlı layihə başa çatdı

"Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi 15.09.2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Sabirabad rayonunda gənc qızların məşğulluğunun təmin edilməsi” adlı layihə başa çatdı.

Layihənin əsas məqsədi – Sabirabad rayonunda peşə təhsili alan gənc qızların yeni fəaliyyətə başlayan və məşğulluqlarının artırılması üçün intensiv şəkildə bacarıqlarının artırılması və onların iqtisadi gücləndirilməsinə dəstək olmaqdır.   

Layihə Sabirabad rayonunda kollec təhsili müəssisələrində təhsil alan və hazırda məzun olan gənc qızlar təşkil etdi və onların biznes sahəsində ideyaları təhlil olundu. 

3 ay müddətində həyata keçirilən layihə çərçivəsində 30 noyabr 2022 – ci il tarixində Sabirabad rayonunda Sosial – İqtisadi Kollecində təhsil alan 50 nəfər gənc qızlar arasında sorğu keçirildi. Sorğu nəticəsində 60 % gənc qızların cavabı "Dizayn düşüncəsi”, 20 % "Biznesdə emosional intellekt”, 10% "Biznesdə marketinq” və 10% "Qiymət siyasəti” mövzuları oldu. 01 – 02 dekabr 2022-ci il tarixlərində təlimlər zamanı iştirakçılar 10 qrupa bölündülər və qruplarda öz biznesini yarat komanda işi keçirildi. Təlimlərdə gənclər çox fəal iştirak etdilər və öz ideyalarını təqdim etdilər. Təlimlərin sonunda qənclərə sertifikatlar təqdim olundu. Layihə iştirakçıları tərəfindən belə tədbirlərin, təlimlərin, rol modulların, sahibkarlıq sahəsində müxtəlif keyslərin, həmçinin, gələcəkdə müəssisə turlarına baxışların mütamadi keçirilməsini də təklif etdilər. Tədbirdə açılışda Sabirabad rayon İcra Haimiyyətinin nümayəndələridə iştirak etdilər. 

Layihə Sabirabad  rayonunda peşə və kollec təhsili alan gənc qızların iştirakı ilə həyata keçirildi.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Xəbər lenti