“Sahibə Qafarova qaraguruhun və 5-ci kolonun hədəfindədir”- Daha bir deputat spikerin müdafiəsinə qalxdı

“Sahibə Qafarova qaraguruhun və 5-ci kolonun hədəfindədir”- Daha bir deputat spikerin müdafiəsinə qalxdı
"Dünyanın sonunun gəldiyini bildirən əlamət sellər, daşqınlar, zəlzələlər, xəstəliklər-filan deyil." 7NEWS.az xəbər verir ki, bu sözləri 7NEWS.az-a açıqlamasında millət vəkili Elşən Musayev bildirib: "Dünyanın sonunun gəldiyini bildirən əlamət - ömründə bir kitabı axıra qədər oxumayanların, qaraguruh "ştamp”ını hətta fotoşopla da üzərlərindən, simalarından götürə bilməyənlərin Sahibə Qafarovaya dil uzatmasıdır, irad tutmasıdır, məsləhət verməsidir.

Daş ələnməlidir göydən. Amma bu qaragüruhçular, 5-ci koluna hər ay üzvlük haqqı verənlər daş da qoymayıblar səmada. Hər sərsəmləmələrində tökülüb bitib.

Əslində düymənin haradan basıldığı aydındır və qlobal siyasətdəki son prosesləri izləmək yetərlidir ki, Azərbaycanı qarışdırmaq istəyənlərin, bir söz ucundan yapışıb sosial şəbəkələrdə süni fırtına yaratmaq eşqinə düşənlərin ünvanı dəqiq bəlli olsun.

Dayanmırlar. Usanmırlar. Onlar üçün bu həyatda ən "vacib” iş nöqtə, vergül, abzas, texniki xəta güdməkdir. Amma özlərinə gəlincə...kamançanın simi qırılıb. Ya da dolaşıb. Xaric vururlar. (elə hər anlamda) Segah üstündə "rock n rol” çalırlar. Yer əvəzinə tavanda dayanıblar.

Qaraguruhbaşı Əli Kərimli Azərbaycan Müdafiə Nazirliyinin rəsmi bəyanatına istinad edəcək yerdə, Rusiya Müdafiə Nazirliyinin sözcüsündən sitat gətirir. Tofiq Yaqublu Azərbaycanı Ukrayna səfirinin yanında müdafiə edəcək yerdə Ukrayna səfiri Azərbaycanı onun əvəzinə müdafiə edir. Xanım spiker Sahibə Qafarovanın erməni Simonyanı susdurduğu çıxışın əsas məğzi və mətni təbliğ olunacaq yerdə kontekstdən çıxarılmış bir söz cahil yığını tərəfindən əldə bayraq edilir və lələkli qıpçaqlara "hücum” əmri verilir...

Üstəlik, danışanların, ağız büzənlərin əksəriyyəti o zümrədəndir ki, zamanında uçan boşqablardan başqa hamı ilə ittifaq qurublar, hamıya işləyiblər, hamının cibindən çıxıblar.

Köhnə agentin məlum estafetə qoşulması, utanmazca, həyasızca dil-dil ötməsi də bax həmin qəbildəndir.

Mahmudovşünas agenti deyirəm."

Xəbər lenti