Sahibə Qafarovanın "DAŞ"ı ....- Elşən Musayevin yazısı
09 Avqust 2021, 19:09
09 Avqust
2021
19:09
769
Bu xanımın uğurlarını, təmizliyini, demokratlığını, kübarlığını, milləti və dövləti naminə sərgilədiyi fəaliyyəti niyəsə bir qrup kal zümrə heç cür həzm edə bilmir. Kvartalda minimum 2 dəfə lələklərini başlarına taxıb ortalığa çıxırlar və həmişə də uydurmağa nəsə bəhanələri olur. Düz əyri, maili, perpendikulyar - heç nəyin fərqi yoxdur bunlar üçün. İşləyirsən vay, işləmirsən vay. Dürüst olursan vay, olmursan yenə vay.
Oysa, ayıbdır! Gerçəkdən ayıbdır. Ələlxüsus da söz xətrinə söz deməkdən, təpki xətrinə təpki göstərməkdən daha çox...məhz məlum zehniyyətə sahib olmaqdır, ayıb!
Absurdun bundan ötəsi olmur. Günahın, təhqirin, tərbiyəsizliyin bəlkə də olur, amma absurdun dəqiq olmur! İndi deyim, nədir ötəsi olmayan...
Demək, bir qrup söz muzdlusu oturub qərara gəliblər ki, Milli Məclisin sədri Sahibə Qafarovanın İrana səfəri zamanı filan-filan məsələlərə riayət olunmayıb. Daha dəqiqi, guya qaydalar pozulub və baş verən olaylar da millət, dövlət adına qəbuledilən deyil. Və....diqqət edin, görün nəymiş o qəbuledilməzlik...
Birincisi; İran Prezidenti ilə görüş zamanı otaqda, divarda, masada Azərbaycan bayrağının olmaması.
Elə birincidən də başlayım. Amma necə başlayım, haradan başlayım, o da ayrı zülmdür. Niyə? Çünki, mən həmin qolçomaqlara lap əvvəldən əlifbanı, hərfləri, hecaları xatırlatmağa məcburam. Ki, bəs diplomatiya və diplomatik protokol adında anlayış var, həmin anlayışların elmi, nəzəriyyələri, ümumi və xüsusi qaydaları var, eyni statusda, ranqda olmayan (məsələn, Prezident və Parlament sədri) dövlət nümayəndələrinin görüşü zamanı tətbiq olunan formalar və formatlar var. Və daha nələr-nələr var. Üstəlik, bu qaydalar sosial şəbəkə "cəngavər"lərinin, 30 yaşına qədər 30 kitab oxumayanların, evində öz adından danışa bilmədiyi halda "feysbuk"da xalqın, dövlətin adından danışan bəzi kasad zəka sahiblərinin arzusu ilə deyil, əsrlərdən gələn, 100 illərin presedentinə çevirilən beynəlxalq normalarla, diplomatik standartlarla müəyyənləşir.
İkinci məqam baş örtüyüdür. Məlum cahillər növbəti sualı ünvanlayırlar ki, Sahibə Qafarova niyə İran Prezidenti ilə görüşdə baş örtüyü taxıb? Hələ bu azmış kimi pandemiya əleyhinə istifadə olunan qara maskanı da min yerə yozublar...
İndi isə cavabdan əvvəl mən bir sual verim: 1979-dan üzü bu yana istənilən dövlətin ixtiyari vətəndaşının və ya rəsmi nümayəndəsinin İran ərazisinə baş örtüksüz daxil olduğunu, görüşlər keçirdiyini heç gördünüzmü? (Hərçənd bəzi amöbalar bu suala da qırmızı-qırmızı cavab tapıb deyəcəklər ki, məsələn filan kişi, filan oğlan örtük-zad taxmadan əraziyə daxil də olub, görüşünü də keçirib) Gördünüzsə deyin. Biz də bilək. Yoxsa bu "feysbukşünaslar" düşünürlər ki, İranda baş örtüyü kefə düşəndə, fəsilə uyğun, ya da nə bilim dəb üçün taxılır? Xeyr! Baş örtüyü İranın ümumi də deyil, məhz xüsusi qaydalara əsaslanan tələbidir. Hər kəs də buna hörmətlə yanaşır. Pakistanı nümunə göstərənlərə isə xatırladım ki, orada belə xüsusi qayda və təlimat yoxdur!
İndi isə keçək əsas məsələyə...Niyə sosial şəbəkədəki məlum hərşeyşünaslardan biri demədi ki, Sahibə Qafarova İranda nə qədər mükəmməl və dəqiq formada erməni vəhşiliyini, erməni vandalizmini ifşa etdi? Niyə qonşu ölkədə səslənən Qarabağ və bütünlükdə Azərbaycan həqiqətləri həmin "tənqidçilərin" diqqətindən kənar qaldı, o haqda bir kəlmə də olsa danışılmadı, yazılmadı?
Və ümumiyyətlə niyə Parlament sədrinin bu uğurlu səfəri, keçirdiyi möhtəşəm görüşlər məlum təbəqənin nəzərindən qaçdı, amma baş örtüyü anındaca gözləriinə girdi? Yoxsa bunların kurasiyasında yalnız şər-böhtan məsələlərimi yer alır? Ya da bəlkə radikal mənbələrdən, "5-ci kolon"dan gələn tezislərdə Sahibə xanım haqda xoş söz söyləmək qadağası əməllicə prioritetəmi çevirilib?
Tək bildiyim odur ki, bu dəyərli xanımın daşı gerçəkdən düşüb bəzilərinin başına. Hətta deyim ki, spiker olmamışdan çox-çox daha öncələrdən. Lap dəqiq söyləsəm: Avropa Şurasında komitə sədri və Büro üzvü seçilən vaxtlardan...
Yəni, söhbət bayraq, maska, örtüklü baş söhbəti deyil.
Söhbət kimlərinsə təpəsinə yamanca düşən DAŞ söhbətidir.
Elşən Musayev
Milli Məclisin deputatı
Xəbər lenti
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib