“Sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirmə kampaniyası keçiriləcək

“Sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirmə kampaniyası keçiriləcək

"Üçüncü Sektor” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə "Sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirmə kampaniyası keçirəcək.

 

Bakının Səbail, Yasamal və Nizami rayonlarındakı orta məktəblərdə keçiriləcək marifləndirmə kampaniyası müddətində tibbi ekspertlər, DİN-in əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Elm və Təhsil Nazirliyinin ekspertləri  layihənin həyata keçirildiyi məktəblərin yuxarı sinif şagirdlərilə siqaretin mənfi fəsadları ilə bağlı söhbətlər aparacaqlar.

Siqaretdən istifadənin daha geniş arenanı əhatə etməməsi üçün müəllimlərin bu sahədə daha aktiv fəaliyyət göstərməsini təmin edəcək planlar hazırlanacaq.

Layihə müddətində görülən işlərlə bağlı Kütləvi İnformasiya Vasitələrində mütəmadi olaraq məlumatlar dərc ediləcək.

Xəbər lenti