“Sanki bunlar ayrı-ayrı adamlarmış…” – DEPUTAT

“Sanki bunlar ayrı-ayrı adamlarmış…” – DEPUTAT

"Gültəkin Hacıbəyli feysbuk üzərindən duyurub ki, AXCP-nin təşkil etdiyi mitinqə "Milli Şura” olaraq biz də dəstək veririk. Sanki bunlar ayrı-ayrı adamlarmış. Hərgah, adama deyən lazım: AXCP elə səndən və bir də uzağı 5-6 nəfər özünüz kimi qaraguruhçudan ibarətdir də, ay Gültəkin. Üstəlik, biriniz beşinizə dəymirsiz, beşiniz birinizə. Çünki sıfırı neçəyə vursan yenə sıfır edir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Hələ bu anti-milli ünsür mitinq çağırışında insanlara ürək-dirək verməyi, onları həvəsləndirməyi də unutmayıb. Boğazdan yuxarı sözlər yazıb, saxta bəlağətdən bolluca istifadə edib. Və ən maraqlı olan bilirsinizmi nədir? - Bunlar camaatı çağırıb, özləri evdə otururlar. Monitor başında. Ad da olur ki, aksiyanı filankəs təşkil elədi. Elə bil siyasətçi yox, reklam menecerləridir. Sanki kompüterdə oyun oynayırlar, virtual gedişlər edirlər.

Gültəkin Hacıbəyli də, Əli Kərimli də, Tofiq Yaqublu da eyni bezin qıraqlarıdır. Hamısı məğlub və rəzil kəslərdir. Məqsədləri də yalnız budur ki, aranı qatsınlar, suyu bulandırsınlar. ” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti