Səbuhi Abbasov: “Bu fakt Paşinyan “demokratiyasının” iç üzünü göstərdi”

Səbuhi Abbasov: “Bu fakt Paşinyan “demokratiyasının” iç üzünü göstərdi”

Məlum olduğu kimi, 2020-ci ilin 16 iyun tarixində "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki "Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı Parlament tərəfindən ləğv edilib. Q.Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilmişdir. Q.Sarukyanın həbs ediləcəyi istisna olunmur.

Məsələyə münasibət bildirən internet-media ekspert Səbuhi Abbasov baş verənləri siyasi təqib kimi dəyərləndirib: "Qaqik Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. Bu hal bir daha onu göstərir ki, Paşinyan demokratik dəyərləri sadəcə olaraq impovizə etməyə çalışır. Ortada böyük bir siyasi yalan var. Ermənistan iqtidarı sələflərinin yolunu gedərək cəmiyəti aldadır və uçuruma aparır. Burada başqa bir məqam sözün əsl mənasında təəssüf hissi doğurur. Necə olur ki, Azərbaycanda ən xırda olaya belə dərhal hazırlanmış bəyanatlar verən beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri Qaqik Sarukyana qarşı olan təzyiqlərə susurlar? Görünən odur ki, Paşinyan da terrorçu Sarkisyan kimi ölkə elitasını repressiv üsullarla nəzarətdə saxlamağa israrlıdır. Bu fakt Paşinyan "demokratiyasının” iç üzü göstərdi”

Xəbər lenti