Şəhid ailələri və müharibə iştirakçıları daim Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunur
08 İyun 2022, 01:03
08 İyun
2022
01:03
519
Əli Hüseynli
Milli Məclisin deputatı
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının Vətən sevgisinin, ordumuzun qüdrətinin və ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsinin və sərkədəlik qabiliyyətinin nümayişinə çevrildi. Müqəddəs savaşda tarixi Qələbə, şübhəsiz, ilk növbədə bu yolda canından-qanından keçən, hər addımında bütün varlığı ilə dogma torpağına bağlı olduğunu sübut edən igid Azərbaycan əsgərinin şücaəti hesabına əldə olunub. Bu möhtəşəm Zəfərin dəyəri həm də ondadır ki, torpaqlarımızı yağı düşmən tapdağından azad etmək arzusu heç bir qarşılığa bağlı olmayıb, ana Vətən və dövlət qarşısında mənəvi borc kimi qəbul edilib. Bunu ən çətin şəraitdə, düşmənlə əlbəyaxa döyüşdə tarixə düşmüş qəhrəmanlıq nümunələri bariz şəkildə təsdiq edir. Qürurvericidir ki, müharibənin gedişini izləyən xarici hərbi ekspertlər və müşahidəçilər üçrəngli Azərbaycan bayrağını ürəyinin başında gəzdirən və bir addım da geri çəkilməyən Azərbaycan əsgərinin döyüş qabiliyyətinə, mərdliyinə və Vətən sevgisinə heyran qaldıqlarını gizlətmirlər.
Ona görə də bu gün başını dik tutaraq məğrur görkəm almış azərbaycan xalqı bu xoş taleyi ona yaşadan igid övladları ilə fəxr edir, bu yolda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs xatirəsini hər zaman əziz tutur. Dövlətimiz isə şəhid ailələrinə və müharibə veteranlarına qayğını özünün ən ümdə vəzifələrindən biri elan etməklə bu istiqamətdə üzərinə düşən vəzifləri layiqincə yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etməkdədir. Şəhid ailələrinə və müharibə iştirakçılarınin sosial problemlərinin həllinə münasibət həm mənəvi, həm də maddı baxımdan ən ali səviyyədə nümayiş etdirilir. Daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələlərlə bağlı mühüm tədbirlər həyata keçirilir.
Qələbədən cəmi bir gün sonra Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Zəfər sevincini ilk olaraq yaralı hərbçilərimizlə bölüşməsi, düşmənin kapitulyasiya aktını imzalamasının ertəsi günü, yəni 11 noyabr 2020-ci ildə birinci xanım Mehriban Əliyeva ilə birlikdə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşməsi bir sərkərdənin öz döyüşçüsünə göstərdiyi həssas münasibətin və qayğının ifadəsidir. Prezident İlham Əliyevin onlara xitabən təbriki də məhz bu ruha köklənmişdi: "Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir… Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar”.
Bir sözlə, ölkə rəhbərliyinin siyasi iradəsi bu istiqamətdə işlərin xüsusi nəzarət qaydasında, mütəşəkil formada və bütün sahələrdə və səviyyələrdə aparılması üçün basilica zəmin rolunu oynamaqdadır. Ötən illər ərzində Prezident İlham Əliyevin imzaladığı 10-dan artıq müvafiq fərman və sərəncamlar əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm rol oynayıb. Bu sahədə həyata keçirilən sosial dəstək proqramları sistemli və ardıcıl xarakter daşıyır.
Bütün bunların təsdiqi statistik rəqəmlərdə də öz əksini tapır. Ümumiyyətlə, indiyədək 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Son il yarım ərzində 210-dan artıq müharibə əlilinə minik avtomobili hədiyyə olunub. Dövlət başçısının 25 yanvar 2021-ci il sərəncamı ilə 2021-2025-ci illərdə onlara daha 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Vətən müharibəsindən sonrakı dövr ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xətti ilə təqribən 100 min şəxsə 175 min xidmət göstərilib, 3 mindən çox şəhid ailəsinin hər birinə 16 min manata yaxın sosial ödənişlər təyin edilib.
Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsinə xüsusi qayğı və həssaslıqla yanaşılır. Artıq ötən dövrdə 3000-dək qaziyə əlillik təyinatı aparılıb və hazırda da bu işlər davam etdirilir. Əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə yönələn sosial ödənişlər (pensiya və müavinətlər, təqaüdlər) də mütəmadi olaraq artırılır. 2021-ci idən həmin ödənişlərdə orta hesabla 60 faizdən çox artım baş verib. Əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı sahəsində də işlər davam etdirilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub və ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Həmin müəssisələrdə müharibə əlillərinə, yüzlərlə qaziyə reabilitasiya xidmətləri və sosial psixoloji dəstək xidmətləri göstərilib. Paralel olaraq müharibə əlillərinin yüksək texnologiyalı elektron protezlərlə təminatı, onların müalicəsi və reabilitasiyası istiqamətində işlər aparılır. Bu sahədə Heydər Əliyev Fondunun təşəbbüsləri xüsusi diqqət çəkir. Fond müvaiq avadanlıqların əldə olunmasına və qazilərimizin ölkəmizin tibb müəssisələrində və Türkiyənin aparıcı hospitallarında müalicəsinə böyük dəstək verir.
Qazi və şəhid ailələrinə qayğı baxımından Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” fərmanı ilə "YAŞAT” Fondunun təsis edilməsi isə müstəsna əhəmiyyətə malikdir. Fond vasitəsilə də mütəmadi qazilərimizə və şəhid ailələrinə dəstək göstərilir.
Şəhidlər, müharibə əlilləri və veteranları barədə elektron reyestrin yaradılması məqsədilə Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər Milli Məclis tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2021-ci il tarixli müvafiq Fərmanı imzalanmışdır. Dövlət başçısının 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan Vahid Əlaqələndirmə Mərkəzində (VƏM) "bir pəncərə” prinsipi ilə 5 mərkəzi icra hakimiyyəti orqanı və 48 yerli icra hakimiyyəti orqanı üzrə 26 xidmət göstərilir. VƏM-lər ötən ilin avqust ayından DOST mərkəzlərində fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin təşəbbüsü əsasında yerli icra hakimiyyəti orqanlarında şəhid ailələri və qazilərin social-məişət problemləri ilə məşğul olan xüsusi şöbələr yaradılıb.
Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi də ərazi bütövlüyümüz uğrunda döyüşən hərbçilərimizə yüksək ehtiramın təzahürüdür. Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Silahlı Qüvvələrimizin döyüşlərdə iştirak edən bütün hərbi qulluqçuları orden və medallarla təltif edilib, qələbənin əldə olunmasında əməyi olan arxa cəbhənin iştirakçıları da müharibə veteranı statusu əldə ediblər. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının icra olunması prosesində şəhid ailələri, müharibə iştirakçıları və onların birinci dərəcəli qohumları bu kateqoriyadan olan şəxslərə tətbiq olunan ciddi güzəştlərdən istifadə etmək imkanı qazanmışlar. Dövlətin dəstək tədbirlərindən biri də parlamentin qəbul etdiyi Vergi Məcəlləsinə dəyişikliklərdə əksini tapıb. Belə ki, bu il yanvarın 1-dən Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib.
Bütün bu sadalananlar bir daha onu göstərir ki, tarixi Qələbənin əldə edilməsində vətəndaşlıq borcunu layiqincə yerinə yetirmiş heç bir kəs Azərbaycan dövlətinin diqqət və qayğısından kənarda deyil və onların sosial rifahının yüksək olması istiqamətində mühüm işlər reallaşdırılır. Bu məsələ daim Azərbaycan dövlətinin diqqət mərkəzindədir./yap.org.az
Shushapost.Az
Xəbər lenti
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:56“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
Digər xəbərlər
-
MANŞET, SOSİAL
Prezident bu gənclər üçün mükafat ayırdı (SİYAHI)
-
MANŞET, SOSİAL
Azərbaycan gənclər və könüllülər təşkilatlarının bəyanatı
-
MANŞET, SOSİAL
Ermənistan silahlı qüvvələrinin “Tor” ZRK-sının məhvedilmə GÖRÜNTÜLƏRİ - VİDEO
-
MANŞET, SOSİAL
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
-
MANŞET, SOSİAL
Əgər söhbət Heydər Əliyevdən gedirsə...
-
MANŞET, SOSİAL
“Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda konfrans keçirilib
-
MANŞET, SOSİAL
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Ali Məhkəmənin sədri İnam Kərimovu kollektivə təqdim edib
-
MANŞET, SOSİAL
Türkiyənin ilk yerli elektromobili “Togg” İlham Əliyevə təqdim olundu - FOTO
-
MANŞET, SOSİAL
Əli Hüseynli: "İnam Kərimovun yüksək hüquqi təhsili, alim kimi elmi fəaliyyəti və dövlətçiliyə xidmətləri var"