Şəhid Turalın məktubu

26 Sentyabr 2023, 15:27
26 Sentyabr
2023
15:27
117
Biz müharibənin içində dünyaya gəlmişdik. Hələ 1988-ci ildən başlayan ermənilərin haqsız torpaq iddiaları, körpəliyimizi də müharibə, döyüş, şəhid xəbərlərinə alışdırırdı. Bizim də dayılarımız, əmilərimiz, yaxınlarımız həmin döyüşlərin iştirakçısı, bəzən də Şəhid olurdular. Hələ uşaq ikən şəhid xəbərlərini eşidir, Başın sağ olsun, Vətən şüarını qışqırardıq. Oxuduğum məktəbin adını daşıdığı Şəhid Zamanov Mehman Təvəkkül oğlunun Füzuli rayonu uğrunda şəhid olduğunu öyrənəndə o torpaqlara getmək üçün can atırdıq. Orta məktəbdə ilk öyrəndiklərimiz torpaqlarımızın yağı düşmən tərəfindən hansı tarixdə və necə vəhşiliklə alındığını öyrənmək oldu. Xocalı faciəsinin şəkillərinə baxıb çox kövrələrdik, bizim yaşda uşaqların qışın oğlan çağında necə əli-ayağı yalın evlərindən didərgin düşməsini görmək, bizə Vətən sevgisini öyrədirdi. Əldə düzəltmə məftil tapançalarımızla düşməni məhv etmə oyunları oynayırdıq. Həm də qisas hissimiz daha da artırdı. Axı biz müharibənin tam ortasına doğulmuşduk. Bu bizim günahımız deyildi, bu bizim qismətimiz idi. Biz yaşa dolduqca bu qismət artıq Vətən borcuna çevrildi. Vətəni qorumaq hər kəsin borcudu!
Mən ailə qursam da, ev-eşik sahibi olsam da, həyatın xoş və qəmli üzünü görsəm də ta körpəlikdən içimdə alovlanmış qisas hissi zərrə qədər də azalmamışdı. Bunu nə ailəmə, nə dostlarıma hiss etdirməsəm də, bilirdim ki, bir gün mən o məftil avtomatın əvəzinə həqiqisini əlimə götürüb, həqiqi düşməni məhv edəcəm. Şükür ki, həmin vaxt yetişdi. Biz 1988-ci ildən 1994-cü ilə qədər itirdiyimiz torpaqlarımızı, 2020-ci ildə 44 günə azad etdik. Bu bjzim uğurumuzdu. Bunun əvəzi yoxdu. Hə, çox analar, çox ailələr gözü yaşlı qalsa da, Sizi Vətənə qovuşdurduq. Bilirəm, mənim anam da ağlayır, uşaqlarım-ailəm bəzən hönkür-hönkür, bəzən də içində səssiz ağlayır. Mənimçün çox darıxırsız, mənim yerimə ölərdik deyirsiz. Amma unudursuz mən ölmədim ki...
Hələ uşaq yaşdan Şəhidlər ölmür ifadəsini çox eşidirdik. Mən Şəhid olandan sonra bunun fərqinə vardım. Doğurdan da Şəhidlər ölmür!
Onsuz da fani dünyada yaşadığımızı hamımız bilirdik və əbədi dünyaya köçəcəyimizi də bilirdik. Kimlər-kimlər köçmədi ki...
Mən çox rahatam, narahat olmayın. Şəhid olduğumdan bəri cənnətdəyəm. Buranı Sizlərə təsvir belə edə bilmirəm. Necə də gözəldir, doğurdan da cənnətdir! Buranı haqq edə bilmək üçün Sizlər nələr etmirsiz. Yaxşı əməl edirsiz, ibadət edirsiz, yalan danışmırsız, heç kimi aldatmırsız, oğurluq etmirsiz, və s. amma yenə də buranı qazanacağınızı bilmirsiz. Biz Şəhidləri isə uca Allah bax bu cənnətlə mükafatlandırır. Bundan ucası, alisi yoxdur ki...
Burda çox Şəhidlər var, görüşürük-dərdləşirik bu cənnətin əsrarəngiz gözəlliyində. Bəziləri gileylənir, bəziləri qürurlanır ailələrinin hərəkətlərindən. Övladlarının uğurlarına görə sevinənləri təsəvvür belə edə bilməzsiz. Univerisitet xəbərləri, iş uğurları onları o qədər rahatladır ki. Amma bəzən üzülənlərə də rast gəlinir. Ailələri tərəfindən adından lazım oldu-olmadı çox istifadə edənlər də olur. Haqlı-haqsız Şəhid adının çəkilməsi bu məsumları çox narahat edir. Küsənlər, inciyənlər də olur. Təsəlli etməyə çalışırıq, ovundururuq. Bəzən buna nail ola bilmirik. Bu gözəl cənnəti ona dar edir doğmaları.
Mənim əzizlərim, çox rahatam, yaxşıyam. Yadınızdadı hər gözəl nəyisə müqayisə edəndə cənnətlə edərdik. Baxın, həmin cənnətdəyəm, niyə narahat olamalısız?! Hə, mənimçün darıxa bilərsiz, uşaqlar bəzən ata deyib ağlaya bilər. Unutmayın ki, hamısını görürəm. Mən hər kəsin arzusunda olan cənnəti qazandım. Burdakı rahatlığım daha Sizlərdən asılıdı. Adımı uca tutun, hər məsələ üçün mənim ruhumu narahat etməyin. Anamdan, Atamdan, ailəmdən və uşaqlarımdan muğayat olun. Anam bir incidir. Cənnət onun ayağının altındadı ifadəsi elə-belə deyil. Çünki mən Sizlərdən ayrılandan bəri onun nə hisslər keçirtdiyini çox yaxşı bilirəm. Bağışla məni, Ana. Sən Anamsan. Və bir də Ana Vətənim var. Mən Ana Vətəni seçdim. Çünki onu sevməyi də sən mənə öyrətmişdin. Çünki bu vətəndə Sən rahat, başıuca gəzəsən deyə mən Vətəni seçməliydim. Bilirəm, Sən məni anlayırsan. Yolunu gözləyirəm, Ana. Ayaqaltın olan Cənnət görüş yerimiz olacaq.
Məni bağışlayın ailəm və uşaqlarım. Bir qadının həyat yoldaşını, övladların atasını itirməyi ağır dərddir. Ama mən Sizin başınızı uca etdiyim kimi, Siz də mənim başımı uca edin, daima. Sizinlə fəxr edim, qürur duyum. Unutmayın hər anınızı görürəm, müşahidə edirəm.
Sağ olun, Əzizlərim. Allaha əmanət olun. Yolunuzu gözləyirəm. Çalışın mənim yanıma gələ biləsiniz...
Orxan Ülvi
Xəbər lenti
-
11:30Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:22Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
20:13Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:55“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:12“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:59Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:34“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:01Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:56Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:18Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:41"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:55GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
13:56“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
12:29“Gənc Liderlər Proqramı 2” üçün ərizə qəbuluna start verilir
-
12:28“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:03200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
-
20:01Azad edilmiş ərazilərdə minaya düşmüş daha bir ayı - Video
-
19:58Deputat onlara OD YAĞDIRDI: “Ağ gün”ə çıxardıqlarınız ortadadır!
-
17:14MDU-nun rektoru Qırğız İqtisad Universitetinin fəxri professoru adına layiq görülüb
-
15:50“Həssas mövzularla manipulyasiya etməyin adı namərdlikdir, ləyaqətsizlikdir!”
-
15:19"Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına hərtərəfli təminat verir"
-
14:59“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11:20TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ AZƏRBAYCAN GƏNCLƏRİ MARŞ ƏRSƏYƏ GƏTİRİB
-
12:32Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sülh platformasını təklif edir ŞƏRH
-
11:46YAP Yasamal rayon təşkilatında “Sağlam olaq – Donor olaq” adlı tədbir keçirilib
-
10:46“Erkən nigah və onun fəsadları” adlı layihə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilib
30 Noyabr 2023
29 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
23 Noyabr 2023
22 Noyabr 2023
20 Noyabr 2023
17 Noyabr 2023
15 Noyabr 2023
14 Noyabr 2023
13 Noyabr 2023
12 Noyabr 2023
09 Noyabr 2023
08 Noyabr 2023
07 Noyabr 2023
06 Noyabr 2023
04 Noyabr 2023
02 Noyabr 2023
01 Noyabr 2023
31 Oktyabr 2023
30 Oktyabr 2023
27 Oktyabr 2023
Digər xəbərlər
-
SOSİAL
“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
SOSİAL
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
SOSİAL
İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SOSİAL
“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
SOSİAL
Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
SOSİAL
Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
SOSİAL
“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib