Şəhid və qazi adından istifadə edən təxribatçılar ifşa edildi – MİNGƏÇEVİRDƏ BAŞ VERƏNLƏRİN TƏFƏRRÜATI

7NEWS.az xəbər verir ki, bir neçə gün öncə Mingəçevir Şəhər İcra Hakimiyyətinin qarşısında, daha sonra Şəhər Mərkəzi Xəstəxanasında kiçik ixtişaş baş verdi. Hərbi formada olan bir neçə şəxs Bakıdan xüsusi ayrılmış mikroavtobula Mingəçevirə gələrək planlı şəkildə ssenariləşmiş təxribat qururlar və bəhanəkmi şəhid bulaqlarının tikintisində mövcud olan problemləri dilə gətirirlər. Məsələ burasındadır ki, bu dəstənin üzvəri arasında Mingəçevirdən olan bir nəfər belə yoxdur və dilə gətirdikləri səbəb, problem ümumiyyətlə mövcud deyil. Təxminən 1 saata qədər davam edən "tamaşa”dan sonra dəstə avtobusa minərək "burdan da Ağdama gedirik, orda da işimiz var” deyib yola düşüblər.
7NEWS.az olaraq hər zaman Şəhid və Qazi ailələrinin problemlərinə qarşı həssaslıq nümayiş etdirmişik və məzmunundan asılı olmayaraq bütün anlaşılmazlıqların bu kateqoriyadan olan ailələrin xeyrinə həll olunmasını istəmişik. Bu mənada, Mingəçevirdə baş verən hadisə ilk baxışdan bizi də yanıltdı, düşündük ki, şəhərdə Qazi və Şəhid ailələri incidilir və dəstəyə ehtiyacları var. Bu minvalla yola çıxdıq, jurnalistika etikasını əsas tutaraq qarşı tərəfin də mövqeyini öyrənməyə və şəhərdəki real situasiyanı oxucularımıza çatdırmağı hədəflədik. Gördüyümüz mənzərə bizi həm sevindirdi, həm də kədərləndirdi. Sevincimizin səbəbi ondan ibarət idi ki, deyilənlər yalan çıxdı və şəhərimizin Şəhid və Qazi ailələrinin demək olar ki, bütün istəkləri qeyri-şərtsiz reallaşdırılıbdır. Kədərləndik, ona görə ki, əynində əsgər forması, qollarında bayrağımız olan bir qrup şəxs hansısa marağa, kimlərinsə sifarişinə görə Şəhid və Qazi ailələrindən alət kimi istifadə eləməyə çalışırlar.
Beləliklə, şəhərə səfərimiz zamanı faktiki gördüyümüz mənzərəni fotolarla, dəqiq rəqəmlərlə diqqətinizə çatdırırıq. Bu günə qədər Mingəçevir şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış qaydada şəhidlərin xatirəsinə 20 şəhid bulağı tikilmişdir. Ümumilikdə, bu günə qədər Mingəçevir şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə şəhid bulağının tikintisi ilə əlaqədar 22 şəhid ailəsindən müraciət daxil olmuşdur. 20 müraciət əsasında şəhid bulağı tikilmiş və istifadəyə verilmişdir, 2 müraciətə isə rəsmi cavab göndərilmişdir.
Məlumat üçün bildiririk ki, şəhid bulağının tikintisi ilə bağlı 1-ci müraciət şəhid anası 20 may 2021-ci il tarixdə Məmmədova Mehriban İsmayıl qızı tərəfindən 20 iltarixində Şəhid Məmmədli Məhəmməd Murad oğlunun adının əbədiləşdirilməsi məqsədilə xatirə bulağının tikintisinə icazə verilməsi barədə olmuşdur.
Bundan başqa "Şəhidlər xiyabanı” kompleksində şəhidlərimizin xatirəsinə şəhidlər bulağı tikilmiş və cari ilin əvvəlində həmin bulaq əsaslı təmir edilmişdir. Eyni zamanda, döyüş yoldaşlarının adlarının əbədiləşdirilməsi məqsədilə valideyinlərinin müraciətləri əsasında yaşadıqları ünvanda, V.Abdullayev küçəsi 5 saylı binada Ağakişiyev İlkin Elxan oğluna xatirə lövhəsi, V.Abdullayev küçəsi 2 saylı binanın qarşısında Həsənov Tural Tapdıq oğlunun adına şəhid bulağı, Naxçıvan küçəsi 42 saylı binanın qarşısında Osmanov Arzuman Kamran oğlunun adına şəhid bulağı, eyni zamanda binada xatirə lövhəsi quraşdırılmasına icazə verilmişdir. Şəhid Məmmədli Məhəmməd Murad oğlunun anasının müraciəti əsasında yaşadığı İ.Qayıbov küçəsi 2 ünvanında xatirə lövhəsi quraşdırılmış və binanın qarşısında şəhid bulağı üçün münasib sahə göstərilmişdir.
Son 6 ay ərzində Şəhər İcra Hakimiyyətinə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə 81 şəhid ailəsi və 38 qazi müxtəlif məzmunda müraciət etmişdir. Müraciətlər əsasən işlə təmin olunma, mənzil növbəliyinə götürülmə, şəhid bulağının tikilməsi və xatirə lövhələrinin quraşdırılması, YAŞAT fondu, təhsil, səhiyyə və digər sosial məsələlərlə bağlı olmuşdur. Şəhid anası İmanova Xanımnaz Ocaqverdi qızı, şəhid həyat yoldaşı İbrahimzadə Aysel Sədulla qızı uşaq bağçasında, şəhid qardaşı Qulamlı Yaşasın Şahin oğlu "Mingəçevir SES” MMC-də işlə təmin olunmuşlar. 9 nəfər Vətən müharibəsi iştirakçısı və qazi CV- formalarını yeni istifadəyə veriləcək "5+” supermarketinə təqdim etmişlər. 19 şəhid ailəsi v 4 əilliyi təyin olunmuş Vətən müharibəsi qazisi Mingəçevir şəhər İcra Hakimiyyətində mənzil növbəliyinə götürülmüşdür.
Bütövlükdə, 20 şəhid bulağı tikilmiş və 20 şəhid xatirə lövhəsi müxtəlif ünvanlarda quraşdırılmışdır. Şəhid anası Həsənova Nəhayət Rəhim qızı, qazi Muradov Orxan Fazil oğlu, qazi Quliyev İlqar Rafiq oğlu və 1-ci Qarabağ Müharibəsi əlili İlham Məmmədovun yaşadıqları mənzillərinə istilik sistemləri çəkilmişdir. Milli Qəhrəman Malik Əsədovun qızının və şəhid atası Əmir Orucovun evində təmir işləri aparılmışdır. Mİngəçevir şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində 1 nəfər Vətən Müharibəsi iştirakçısı böyük məsləhətçi vəzifəsinə qəbul edilmişdir. Şəhid atası İldırım Əbdülrəhimov şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsində və Vətən müharibəsi iştirakçısı Ceyhun Məmmədov "İşıqlanma” idarəsində, Qazi anası Zəminə Babayeva, Vətən müharibəsi iştirakçıları Sənan Əzizov və Namaz Şirinov Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində işlə təmin olunmuşlar.
Qazi Şükürov Tural Vüqar oğlu isə döyüş yoldaşlarınızın adlarının əbədiləşdirilməsi məqsədilə ilə inşa etmək istədiyi bulağın tikintisinə razılaşdırılmamış yerdə başlamışdır. Ərazi nümayəndəliyi tərəfindən qeyd olunan tikinti dərhal dayandırılmış və vətəndaş T.Şükürova rəsmi olaraq şəhər İcra Hakimiyyətinə müraciət etməsi bildirilmişdir. Vətəndaş T.Şükürov 14.06.2021-ci il tarixdə ərizə ilə müraciət etmiş və onun ünvanına 18.06.2021-ci il tarixdə cavab məktubu göndərilmişdir. Məktubun məzmununda qeyd olunmuşdur ki, Mingəçevir şəhəri Heydər Əliyev prospekti 21 saylı binanın I mərtəbəsində fəaliyyət göstərdiyiniz obyektin qarşısındakı yaşıllıq zolağında Vətən Müharibəsində şəhid olmuş döyüş yoldaşlarınızın adlarının əbədiləşdirilməsi məqsədilə xatirə bulağının tikintisinə icazə verilməsi barədə müraciətinizə baxılmışdır. Şükürov Tahirin qeyd etdiyi ərazi yuxarıda bildirdiyimiz kimi, strateji təhlükəsizlik səbəbi ilə dayandırılmış, eyni zamanda, tkintiyə razılıq verilmiş və uyğun təklif diqqətinə çatdırılmışdır.
Yuxarıda qeyd etdiyimiz faktların həm də fotoxronikasını təqdimedirik. Bu qədər iş görüldüyü halda niyə belə bir təxribat ölkə gündəmi zəbt etdi? Ölkəmizdə ən çox şəhid bulağı və xatirə lövhəsi tikilən şəhər niyə hədəf seçildi? Bütün şəhid ailələrinin rəsmi müraciətlərinə müsbət cavab verildiyi halda bu xoşagəlməz hal hansı qüvvələr tərəfindən sifariş edildi? Şəhid ailələri bulaq və xatirə lövhəsi ilə bağlı niyə icra hakimiyyətinə müraciət etməlidirlər?
Başlayaq sonuncu sualdan: Şəhid ailələri bulaq və xatirə lövhəsi ilə bağlı niyə icra hakimiyyətinə müraciət etməlidirlər? Məsələ burasındadır ki, şəhərin bütün boş yerlərinin inzibati və texniki xəritəsi İcra Hakimiyyətindədir. Yəni boş olan ərazidən hər hansı strateji xətt (qaz, su, optik xətt və s.) keçə bilər. Təsəvvür edin, şəhid ailəsi bilmədən qaz xəttinin üzərində bulaq tikir və sızma nəticəsində partlayış olur. Bunun məsuliyyəti kimin üzərinə düşəcək? Hələ məsələnin mənəvi tərəfini demirik... Bəli, icra hakimiyyətinə müraciət, həm də gələcək fəsadların qarşısını almış olur. Bu mənada rəsmi müraciətdə ərazi yoxlanılır, təhlükəsizlik dəqiqləşdirilir və hər bir halda sonda müsbət cavab verilir.
Sözügedən təxribatda Mingəçevirə aid olamayan şəxslərin yer alması da onu göstərir ki, bu açıq təxribat və dövlətə meydan oxumaqdır. Hüquq mühavizə orqanları vaxtında müdaxilə edib aqresiv prosesin qarşısını almasalar, "Mingəçevir ssenarisi” bütün ölkəni öz cənginə alacaq və düşmən mediasının manşetnə çevriləcək.
Mingəçevirdə tikilən bulaqların demək olar ki, əksəriyyətində olduq və sözün əsl mənasında heyrn qaldıq. Sən demə dünyanın ən gözəl bulaqları Mingəçevirdə imiş...
Allah Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa versin. Onların adından istifadə edərək öz çirkin niyyətlərini reallaşdrımaq sitəyənlər isə gec-tez qanun qarşısında cavab verəcəklər.
7NEWS.az analitika qrupu















Xəbər lenti
-
12:47“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
-
11:46Sabirabadda "Səyyar Soft təlimlər" layihəsi həyata keçirilib
-
11:22Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
11:16Azərbaycan Gənc Tamaşaçılar Teatrında “Balaca Kişilər” tamaşası oynanılacaq
-
15:31Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Uğurlu neft strategiyası” adlı tədbir keçirilib.
-
11:58Tanınmış aparıcı, müənni Naid Şadxan bütün əyləncəli proqramlarını ləğv etdi
-
09:04“Dəniz Mall”-da “Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq
-
19:09“Aqroservis” ASC gübrənin satış qiymətində endirim edib
-
19:08Mina qurbanları və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar
-
15:07Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - ƏLİ HÜSEYNLİ
-
14:49Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov Hacıqabulda vətəndaşları qəbul edib
-
14:08Ermənistan silahlı qüvvələrinin “Tor” ZRK-sının məhvedilmə GÖRÜNTÜLƏRİ - VİDEO
-
14:04“Qisasımız ağır olacaq!” – Elşən Musayev
-
13:24“Fuad Qəhrəmanlının lideri Azərbaycan siyasətinin ən vicdansız nümayəndəsidir” MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ
-
12:28“SSRİ qanla bərpa ediləcək” iddiası - Putinin deputatını kim danışdırır?
-
18:01Yeni təhsil portalı fəaliyyətə başladı-Edutime.az
-
15:50Millət vəkili Ramil Həsən Ucarda növbəti xoşməramlı aksiyaya start verdi
-
15:01“Bilik günü” münasibəti ilə İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlara hədiyyələr təqdim olundu
-
18:58“Gətirdiyin, bəxş etdiyin demokratiya bax budur, əlahəzrət Amerika!”
-
15:01“Gənc Mülki Müdafiəçilər” düşərgəsinə yekun vurulub
-
09:30Hərbçimiz həlak oldu
-
16:58ASAN könüllülərindən növbəti səhnə işi
-
15:39ADAU-da 15 Sentyabr – Bilik Günü qeyd olunub
-
14:13QHT-lərə ayrılacaq qrant məbləğinin yuxarı həddi müəyyənləşdi
-
11:25Jurnalistlərin məktəbə tələsən birinciləri
-
10:58Xarici ölkələrin Baş prokurorları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
-
09:28Xocalı, Xankəndi, Xocavənd və Qarabağın digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ünvanlayıblar
-
19:53Hacıqabulda Aqrar İnnovasiya Festivalı keçirilib
-
15:35Taxıl biçininin təşkili ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
-
15:22“Sərgilədiyi namərdliklərlə heç nəyə nail ola bilməyəcək” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
-
11:31Heç bir qüvvə mədəniyyətin inkişafına xidmət edən prosesin qarşısında maneəyə çevrilə bilməz — TƏHLİL
-
11:12"YAŞAT" Fondu tələbə adını qazananlara bu il də dəstək göstərir
-
16:00Millət vəkili Qənirə xanım Paşayeva Fəxri Üzv seçildi
-
11:39Ucalığa darıxan Nicat...
-
11:00DTX dövlətlərarası şəbəkəni ifşa etdi: Ekstremist qruplara çatdırılan milyonlar...
-
17:56“Aqroservis” ASC-nin sədri Elmin Rəhmanov Xaçmazda vətəndaşları qəbul edib
Digər xəbərlər
-
FACİƏ
“Şuşaya bayrağı özüm sancacam”- Şəhid Nurlanın adına bulağın AÇILIŞ MƏRASİMİ / VİDEO
-
FACİƏ
Şəhid və qazi adından istifadə edən təxribatçılar ifşa edildi – MİNGƏÇEVİRDƏ BAŞ VERƏNLƏRİN TƏFƏRRÜATI
-
FACİƏ
Səfir Qüdsi Osmanovla bağlı şok video yayıldı: AZYAŞLILARI ZORLAMA, QƏTL, SİLAH ALVERÇİLƏRİ İLƏ ƏLAQƏ - VİDEO
-
GÜNDƏM, FACİƏ
Rusiya Jurnalistlər İttifaqı Kəlbəcərdəki faciə ilə bağlı başsağlığı verib
-
FACİƏ
Kəlbəcərdə jurnalistlərin minaya düşmə görüntüləri - ANBAAN VİDEO
-
MANŞET, FACİƏ
Mart qırğını - Ermənilərin şəriklərinin vəhşi planı
-
FACİƏ
Şamaxıda Heydər Əliyev Mərkəzində “Xocalı harayı” adlı tədbir keçirilib
-
FACİƏ
Xocalı soyqırımına həsr olunmuş video konfrans keçirilib - MİNGƏÇEVİRDƏ
-
GÜNDƏM, FACİƏ
Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!”