“Səlahəddini “kilid siyasətçi” adlandırmaq təxribatdır, nadanlıqdır, vicdansızlıqdır” - DEPUTAT

“Səlahəddini “kilid siyasətçi” adlandırmaq təxribatdır, nadanlıqdır, vicdansızlıqdır” - DEPUTAT
"Seymur Həzinin Türkiyədə HDP ilə apardığı iş, həmin partiyanın nümayəndələri ilə qurduğu dostluq münasibətləri və şeytan bilir hansı miqdarda paranın, pulun qarşılığında verdiyi açıqlamalar ondan xəbər verir ki, bu adam səfərə özbaşına getməyib, birbaşa Əli Kərimlinin tapşırığı ilə yollanıb və əsas məqsəd də  PKK-nın təşviqedicilərinə, təbliğatçılarına yaxınlaşmaqdır. Hətta həmin təbliğatçılardan birinə çevrilməkdir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Ona görə də əminliklə deyirik ki, Əli Kərimli də, onun başının dəstəsi də agentdir. Öz də bir tək İranın deyil, qarşılarına çıxan, təklif göndərən hər kəsin agentləridir.

Eyni zamanda bir məqamı xüsusi vurğulamaq lazımdır: Əgər Seymur Həzi adında dünyadan bixəbər, siyasətin "s” hərfindən xəbəri olmayan anti-milli ünsür öz statusunda Səlahəddin Demirtaşı "siyasi məhbus” və "Türkiyənin kilid siyasətçisi” adlandırırsa, demək ki, bu, həm də AXCP-nin, xəstə təxəyyülün sahibi olan Əli Kərimlinin və eyni zamanda Azərbaycana və Türkiyəyə qarşı daim düşmənçilik münasibəti sərgiləyən bütün yaramazların mövqeyidir.

Utanıb yerə girmək lazımdır məlum açıqlamaya görə. Ayıbdır. Ayıb bir yana, mənəvi cinayətdir, belə düşünmək. Səlahəddini "kilid siyasətçi” adlandırmaq təxribatdır, nadanlıqdır, vicdansızlıqdır! – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti