Şəmistan Əlizamanlı: "Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin mühüm rolunu müşahidə edirəm"

Şəmistan Əlizamanlı:
Bu sözləri 7NEWS.az-a açıqlamasında Şəmistan Əlizamanlı deyib: "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının ildönümü ilə bağlı mən Şəmistan Əlizamanlı başda Fuad Muradov olmaqla bu sahədə əməyi keçən hər kəsə öz təbriklərimi çatdırmaq istəyirəm. Son illərdə xaricdə yaşayan soydaşlarımızın ölkəmizlə əlaqələrinin daha da möhkəmlənməsində, onların yaşadıqları ölkələrdə birlik və dirlik nümayiş etdirməsində Diasporla İş üzrə Dövlət Komitəsinin mühüm rolunu müşahidə edirəm. Bundan başqa Komitə sədri Fuad Muradovun rəhbərliyi ilə yaradılan Diaspor TV və Diaspor FM-in fəaliyyətini yaxından izləyirəm. Həmçinin mən də Diaspor FM- də "Qarabağ Gerçək Tarix”  verilişi ilə xaricdə yaşayan soydaşlarımıza əzəli torpaqlarımızın tarixi, mədəniyyəti haqda məlumatlar çatdırmaqdan məmnunam. Diasporla İş üzrə Dövlət Komitəsinin gələcək fəaliyyətində daha böyük uğurlara imza atması diləyi ilə bütün əməkdaşları təbrik edirəm! 

7NEWS.az

Xəbər lenti