“Siyasi klounluq Əli Kərimlinin peşəsidir!” – Elşən Musayevdən AXCP sədrinə sərt sözlər...
09 Sentyabr 2023, 13:33
09 Sentyabr
2023
13:33
240
"Avropa İttifaqının ölkəmizdəki səfiri Peter Mixalko ilə görüşdə Azərbaycan siyasətinin üz qarası Əli Kərimlinin səsləndirdiyi fikirlər sərsəmləmədən savayı bir şey deyil. Eyni zamanda AXCP-nin bədnam sədri bir həqiqəti gec olmadan anlamalıdır ki, özgə qucaqlarda mədət axtarmaqla nəyəsə nail olmaq qeyri-mümkündür!” - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"AXCP sədri davamlı şəkildə siyasi falçılıqla, riyakarlıqla, iftira ilə məşğuldur. Qarşısına çıxana da gileylənir, yalan məlumat verir, öz gücsüzlüyünü və uğursuzluğunu bir şəkildə kompensasiya eləməyə çalışır.
Əli Kərimli deyib ki, ölkədə çoxpartiyalı sistemə təhlükə var. Maraqlıdır: Söhbət hansı təhlükədən gedir görəsən? Hardadır o təhlükə ki, həmin təhlükəni Əli Kərimlidən savayı heç kim görmür və ya görə bilmir? Ölkədə artıq 20-ə yaxın Partiya qeydiyyatdan keçib, hər bir siyasi təşkilat öz fəaliyyətini yeni qanunun tələblərinə uyğunlaşdırır, bütün proseslər şəffaf gedir, kim normal reyestr siyahısı təqdim edibsə Ədliyyə Nazirliyindən müsbət cavab alır. Başqa nə olmalı idi ki, olmayıb? Nədir axı problem? AXCP sədri niyə özünə əl qatıb? Niyə dövləti şantaj edir? Niyə öz ölkəsindəki müvafiq qurumlardan savayı hamıya müraciət edir, hamı ilə görüşür? Bilirsinizmi niyə? Çünki panikadadır. Çünki öz kəramətinə bələddir. Çünki nə qədər zəif və rəzil olduğunun fərqindədir. Çünki siyasi klounluq onun peşəsidir!
O ki qala, siyasi məhbus məsələsinə. Yenə yalan danışır. Həm də gözünün içinə qədər! Azərbaycanda siyasi məhbus yoxdur. Yox əgər söhbət Qubaddan və digərlərindən gedirsə, o zaman Əli Kərimli bir həqiqəti qulağına sırğa eləsin və unutmasın: Yaxın vaxtlarda Azərbaycanın istintaq orqanları, məhkəmələri elə həqiqətləri üzə çıxaracaq ki, bax o zaman AXCP-nin anti-milli sədrinin, Əli Kərimli adında saxtakarın, xainin danışmağa sözü qalmayacaq. Eyni zamanda həmin məhkəmə prosesləri sübut edəcək ki, Kərimlinin bəh-bəhlə müdafiə etdikləri şəxslər hansı oyunlardan çıxıblar, nə çirkabların içinə giriblər və necə yaramaz cinayətlər törədiblər!” – deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər lenti
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI