“Siyasi partiyalar haqqında” qanun hər mərhələdə daha da təkmilləşəcək” – Elşən Musayev

“Siyasi partiyalar haqqında” qanun hər mərhələdə daha da təkmilləşəcək” – Elşən Musayev
"Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı dinləmədə demək olar ki, bütün partiyalar iştirak edirdi. Son dərəcə maraqlı polemikalara, fərqli fikirlərə, yanaşmalara şahidlik etdik. Böyük çoxluğun da nəticə etibarilə gəldiyi qənaət bu oldu ki, məlum qanunun qəbulu olduqca zəruridir, vacibdir və məqsədəuyğundur. Təbii, müəyyən təkliflər nəzərə alınmaqla.”- 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev bu gün Milli Məclisdə "Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı keçirilən ilk dinləməyə münasibət bildirərkən söyləyib. 

"Əslində bu hələ ilkin versiyadır. Heç şübhəsiz, müəyyən dəyişikliklər olacaq. Qarşıda güman ki, hələ bir dinləmənin də keçirilməsi planlaşdırılır. Daha sonra isə komitə iclasları və Plenar iclas. Yəni, layihə bu qədər mərhələdən keçəcək və hər keçilən mərhələdə təbii, daha da təkmilləşəcək. Zatən bu dinləmələrin əsas səbəbi və məqsədi də budur ki, bütün partiyaların fikirləri öyrənilsin, eşidilsin, ondan sonra qərar verilsin.
 
"Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müasir dövrdə öz aktivliyini günbəgün artıran siyasi partiyaların gələcək fəaliyyəti üçün çox böyük önəm daşıyır və həmin qanunun qəbulu gerçək siyasətlə məşğul olan təşkilatlara öz müsbət və faydalı töhfəsini mütləq verəcək” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti