“Siz, nadanlığın və ikiüzlülüyün nəzəriyyəsini yazan insanlarsız!” - Deputatdan radikal müxalifətə sərt sözlər!
03 Fevral 2023, 18:14
03 Fevral
2023
18:14
329
"Regional mühitin bu qədər həssas məqamında, hamının əl-ələ verib vətəndaş mövqeyi, dövlətçilik ruhu sərgilədiyi bir anda Əli Kərimli adında çürük siyasətçi və onun ətrafındakı qaraguruh yığını yenə təxribatlarla, dezinformasiya ötürmələri ilə, öz anti-milli əməlləri ilə məşğuldur.” - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"O boyda terror baş verdi, günahsız vətəndaşımız şəhid oldu, amma həmin hadisəyə münasibətdə nə Əli Kərimlinin səsi çıxdı, nə AXCP-nin, nə də ətraflarındakı qaraguruh yığınının. Susdular. Namərdcə susdular. Fəqət, həmin namərdlər hansısa girdirmə beynəlxalq QHT-nin, donoslarla qidalanan hansısa rəy sorğusu klubunun mənasız və absurd rəqəmlərinə dərhal reaksiya verirlər. Reaksiya və palaz-palaz müsahibələr. Əllərinə fürsət düşən kimi başlayırlar dövləti "vurmağa”, Azərbaycanı gözdən salmağa, mövcud olan bütün düşmənlərimizlə əlbir olmağa. Budurmu müxalifətçilik? Budurmu Əli Kərimlinin prioriteti? Budurmu AXCP-nin strategiyası? Əgər budursa, o zaman biz də deyirik və həm də gur səslə deyirik: Siz vətən xainlərisiz. Siz siyasətçi deyilsiz, siz fürsətcil rəzillər, yaramazlar və vicdanını itirən saxtakarlarsız!
Hələ də Müsavat yoxsa AXCP üzvü olduğu bilinməyən Tofiq Yaqubludan qəhrəman düzəltmək istəyənlər, ağıllı-ağıllı danışmağa cəhd etsə də ağıldan əsər-əlaməti olmayan Seymur Həzini ortalığa buraxanlar, "Azadlıq” qəzetini yalanın, təhrifin, söyüşün yuvasına çevirmiş olan Qəniməti özünə baş mirzə seçənlər, əllərində hakimiyyət nümayəndələrini söydürmək üçün xüsusi təyinatlı troll ordusu saxlayanlar bir şeyi anlamalıdırlar ki, onların dövrü gedib. Həm də çoxdan gedib! Əgər bir qaraguruhun başında Əli Kərimli dayanıbsa, demək ki, başdan iylənmə prosesi gedir, demək ki, sizin "BAŞ”ınız xarabdır, demək ki, siz başdan korlanmısız!
İftira dolu yazılar, kin-küdurət dolu atmacalar, ifadələr, açıqlamalar sizləri daha da bitirəcək, radikal bəylər! Əli Kərimlinin yanında olmağın özü artıq dəyərsiz olmağın, hörmətsizliyin göstəricisidir. Çox yanında olmaq isə - silinməz ləkəyə bulaşmağın!
Siz xaosun, bəsitliyin, nadanlığın, ikiüzlülüyün nəzəriyyəsini yazanlarsınız. Siz Qarabağı satan adamlarsız. Siz bu ölkənin inkişafını, uğurlarını heç cür həzm edə, qəbul edə bilməyən riyakarlarsınız.
Gedin, o donos ötürdüyünüz tərəfdaşlarınıza deyin ki, mənasız rəqəmlər və saxta indekslər heç nəyə yaramır. Azərbaycan dövləti və Azərbaycan vətəndaşı öz mövqeyini düşündüklərinə və gördüklərinə əsasən formalaşdırır. Düşündüyümüz və gördüyümüz isə odur ki, bu millətin tək nicatı İlham Əliyevdir!” – deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər lenti
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
GÜNDƏM, SİYASƏT
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
GÜNDƏM, SİYASƏT
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...