Soçi səfəri Azərbaycanın növbəti siyasi və diplomatik uğurudur - TƏHLİL

Azərbaycan Prezidenti rusiyalı həmkarı ilə görüşdə birmənalı şəkildə bəyan etdi ki, Qarabağla bağlı müzakirə olunası məsələ yoxdur; Paşinyan isə növbəti dəfə pozuculuq mövqeyindən çıxış etdi; üçtərəfli görüşün yekunlarına dair birgə bəyanatda Qarabağla bağlı nüans yer almadı, "status” mövzusu da yoxdur!
Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə növbəti üçtərəfli görüş keçirilib.
"Azərbaycan hakimiyyəti Soçi görüşündə qətiyyətli mövqeyini bir daha ortaya qoydu.”
7NEWS.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov söyləyib: "Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Rusiyanın Soçi şəhərində baş tutub. İki saatdan artıq davam edən danışıqlardan sonra liderlər tərəfindən birgə bəyanat qəbul edilib.
Prezidenti İlham Əliyev Ermənistanla sülh müqaviləsinin 5 prinsip üzərində qurulmasını təklif edib. Bu prinsiplər bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, ərazi iddialarının olmaması, bir-birinə qarşı güc və təhdidin tətbiq edilməməsi, sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlər və nəqliyyat kommunikasiyalarının açılması və yenilərinin inşa olunması kimi mühüm məsələri əhatə edir.
Xüsusilə qeyd etmək lazımdır ki, təzyiqlərə baxmayaraq Azərbaycan "Qarabağ münaqişəsi həll olunub, bu konteksdə danışacaq heç bir mövzu yoxdur" kimi prinsipal və qəti mövqeyini qorudu və Bəyanatda Qarabağla bağlı heç bir fikir yer almadı. Bu isə Qarabağ və orada yaşayan ermənilərlə bağlı məsələr barəsində veriləcək qərarların Azərbaycanın daxili işi olduğunu və bunu heç bir xarici ölkə ilə müzakirə etmək fikirimizin olmadığını bir daha təsdiq etdi.
Soçi görüşünün yekun nəticələri bu ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində müsbət təsir göstərəcək.”
"Möhtərəm Prezidentimiz İlham Əliyevin Soçi səfəri Azərbaycanın növbəti diplomatik uğurudur”
"Möhtərəm Prezidentimiz İlham Əliyevin Soçi şəhərinə işgüzar səfəri, orada keçirilən görüşlər və həmin görüşlərin nəticələri Azərbaycanın növbəti diplomatik uğurlarından biridir. Dövlət başçısı hər zaman olduğu kimi bu dəfə də ölkənin maraqlarını ən yüksək şəkildə müdafiə etdi və bütün gərəkən mesajları verdi” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Təbii ki, dialoqların mövcudluğu və davamlılığı münasibətlərin aydınlaşdırılmasında çox mühüm rol oynayır. Biz zatən hər zaman həqiqətin və ədalətin yanında olmuşuq, öz addımlarımızı beynəlxalq hüquqa uyğun atmışıq, BMT-nin nizamnaməsinə, onun ana prinsiplərinə uyğunlaşdırmışıq.
Hazırda bölgədə sabitlik üçün tələb olunan əsas şərt Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Həmin müqavilə olsa, imzalansa sonrakı mərhələlərdə xüsusi bir kritikanın olmayacağı dəqiqdir.
Hesab edirəm ki, bir tək Rusiya deyil, bütün dünya dövlətləri həmin sülh müqaviləsinin bağlanmasını təşviq etməli, bu istiqamətdə əməli, faydalı və ədalətli addımlar atmalıdır”- deyə Partiya sədri fikirlərinə davam edib.
Cavid Məhərəmov
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.9

Xəbər lenti
-
11:30Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:22Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
20:13Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:55“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:12“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:59Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:34“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:01Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:56Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:18Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:41"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:55GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
13:56“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
12:29“Gənc Liderlər Proqramı 2” üçün ərizə qəbuluna start verilir
-
12:28“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:03200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
-
20:01Azad edilmiş ərazilərdə minaya düşmüş daha bir ayı - Video
-
19:58Deputat onlara OD YAĞDIRDI: “Ağ gün”ə çıxardıqlarınız ortadadır!
-
17:14MDU-nun rektoru Qırğız İqtisad Universitetinin fəxri professoru adına layiq görülüb
-
15:50“Həssas mövzularla manipulyasiya etməyin adı namərdlikdir, ləyaqətsizlikdir!”
-
15:19"Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına hərtərəfli təminat verir"
-
14:59“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11:20TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ AZƏRBAYCAN GƏNCLƏRİ MARŞ ƏRSƏYƏ GƏTİRİB
-
12:32Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sülh platformasını təklif edir ŞƏRH
-
11:46YAP Yasamal rayon təşkilatında “Sağlam olaq – Donor olaq” adlı tədbir keçirilib
-
10:46“Erkən nigah və onun fəsadları” adlı layihə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilib
Digər xəbərlər
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
GÜNDƏM, MANŞET
Qüdrətli ordumuz bizim müzəffər və yenilməz xalq olduğumuzu nümayiş etdirib - MÜNASİBƏT
-
GÜNDƏM, MANŞET, TƏHLİL
“Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi” - QURTULUŞ GÜNÜ
-
GÜNDƏM, MANŞET
Əlaqələndirmə Qərargahının Laçın şəhərində növbəti iclası keçirilib
-
GÜNDƏM, MANŞET, TƏHLİL
“Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu” - TƏHLİL
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Azərbaycan Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında mövqeyini möhkəmləndirir
-
GÜNDƏM, MANŞET
7NEWS.az saytı 9 yaşını qeyd edir
-
GÜNDƏM, MANŞET
"Müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir" - Əli Hüseynli yazır
-
GÜNDƏM, MANŞET
Azərbaycanın təklif etdiyi sülh konsepsiyasından başqa çıxış yolu yoxdur - TƏHLİL