SON DƏQİQƏ: Azərbaycan - Ermənistan sərhədində düşmən təxribatı: Döyüş gedir, itkilər var - RƏSMİ

SON DƏQİQƏ: Azərbaycan - Ermənistan sərhədində düşmən təxribatı: Döyüş gedir, itkilər var - RƏSMİ
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Bu barədə 7News.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Qeyd edilib ki, hər iki tərəfdən itki var.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

7News.Az

Xəbər lenti