SON DƏQİQƏ:Bakıda hündürmərtəbəli binada yanğın olub (VİDEO)

SON DƏQİQƏ:Bakıda hündürmərtəbəli binada yanğın olub (VİDEO)
Bakıda hündürmərtəbəli binada yanğın baş verib.

7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2B ünvanında qeydə alınıb. Yanğın 18 mərtəbəli binanın 9-cu mərtəbəsindəki mənzillərin birində müydana gəlib.

Əraziyə yanğından mühafizə qüvvələri cəlb olunub. Bina sakinlərinin təxliyyəsinə başlanılıb.

Yanğının səbəbləri araşdırılır.


Xəbər lenti