Şura ictimai sektorun ümummilli bəlaya qarşı səfərbər olunmasında həlledici rol oynadı
24 Aprel 2020, 13:43
24 Aprel
2020
13:43
1358
Tarix indiyədək sayı bilinməyəcək qədər dəhşətli fəlakət və təlatümlərə şahidlik edib. Dünya o sınaqlardan bəzən üzü ağ çıxıb, bəzən də böyük sayda qurbanlar verməklə acizliyini göstərib. Təkcə ötən XX əsrdə on milyonlarla insanın həlak olduğu iki dünya müharibəsi baş verib. XXI əsr başlayar - başlamaz dünyanın nəbzinin vurduğu ölkənin qoşa qüllələrinə edilən 11 sentyabr hücumu ilə yeni geosiyasi vəziyyət yarandı. 2001-ci ildən sonra da dünya tarixinə düşən çox sayda sosial, siyasi və hərbi hadisələr baş verdi. Ancaq hazırkı koronavirus (COVİD-19) pandemiyasının dünyanın iqtisadi və siyasi konfiqurasiyasına edəcəyi dəyişikliklər görünür ki, müqayisəyə gəlməz ölçüdə böyük olacaq. Dünyanın qarşılaşdığı bu yeni sınaq bütün ölkələri lərzəyə salaraq dövlətləri, xalqları birləşməyə vadar elədi. Bəli, dünya ölkələri hazırda amansız düşmənlə müharibə aparır. Ancaq heç kim bu dəfə düşmənini görə bilmədiyi üçün ona qarşı hücuma keçə bilmir. İndiki vəziyyətdə ən yaxşı strategiya hücum etmədən yaxşı müdafiə səddi qurub qorunmaqdır. Dövlətlər müdafiə olunaraq həm itkilərin qarşısını ala bilir, həm də düşmənə qarşı əks-kəşfiyyat aparmaq üçün zaman qazanır.
Hər kəsə məlumdur ki, koronavirus ilk dəfə Çində meydana gəldi və oradan digər ölkələrə sıçradı. COVİD-19 pandemiyası cənub qonşumuz İrana çatanda təhlükə bizi daha ciddi şəkildə narahat etdi. Azərbaycan dövləti dərhal cənab prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə mühüm qərarlar qəbul edərək gecikmədən qabaqlayıcı tədbirlərə başladı. Koronavirus pandemiyasına yoluxmuş ölkələrin mübarizə metodları araşdırıldı, Dünya Səhiyyə Təşkilatı ilə bu sahədə sıx əməkdaşlığa başlanıldı. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq prosesə professional münasibət ortaya qoyuldu və bu qlobal bəladan maksimum az itki ilə çıxmaq üçün yol xəritəsi hazırlandı. Zəruri tibbi ləvazimatlar, avadanlıqlar alınaraq xüsusi ayrılmış xəstəxanalara paylanıldı. Yeni modul tipli xəstəxanaların tikintisinə başlanıldı. Koronavirusa yoluxmuş bütün xəstələr karantinə alındı və onların yüksək səviyyədə müalicəsi təmin edildi. Mərhələli şəkildə dövlət sərhədləri bağlanıldı. Kütləvi toplaşmaların qarşısını almaq üçün qadağalar tətbiq olundu. İctimai nəqliyyatın fəaliyyəti karantin rejiminə keçirildi. Təhsil müəssisələri bağlanıldı. Məhdudiyyət və qadağa qərarlarının tədricən, mərhələli şəkildə həyata keçirilməsi cəmiyyətdə hər hansı anlaşılmazlığın, gərginliyin yaranmasına imkan vermədi. Əksər dövlət qurumlarının əməkdaşları məzuniyyətə göndərildi, çox zəruri olan gündəlik təlabat malları satanlar istisna olmaqla iaşə və ticarət obyektlərinin fəaliyyəti mərhələli şəkildə tam məhdudlaşdırıldı. Dövlət sərt addımlar ataraq karantin rejimi elan edərək vətəndaşların məcburiyyət olmadan çölə çıxmasını qadağan etdi. İnzibati məhdudiyyətlərlə yanaşı koronavirus infeksiyası ilə bağlı QHT-lər və media qurumlarının yaxından iştirakı ilə geniş maarifləndirmə kampaniyaları həyata keçirilməyə başlanıldı.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ictimai sektorun ümummilli bəlaya qarşı səfərbər olunmasında həlledici rol oynadı. QHT-lər çətin vəziyyətdə olan ailələrə sovqat paylanmasından dövlətimizə qarşı düşmən mövqedə olan xəyanətkar marginal siyasi qruplara qarşı sosial şəbəkələrdə aktiv mübarizə aparılmasınadək ən ön mövqelərdə yer aldı. Bu çətin günlərdə dövlət sosial cəhətdən dəstəyə ehtiyacı olan vətəndaşlarını da unutmadı. Dövlət başçısının tapşırığı ilə onlara iki ay 190 manat həcmində birdəfəlik müavinət ayrıldı. Çətin dönəmdə dövlət bir daha öz vətəndaşlarının yanında olduğunu göstərdi. Vətəndaşlara göstərilən elektrik xidmətinin qiymətində güzəştlər edildi. Heydər Əliyev Fondu "biz birlikdə güclüyük" devizi ilə həssas təbəqədən olan vətəndaşlarımıza yardımlar paylamağa start verdi. Bu kampaniya çərçivəsində 100.000 sovqatın vətəndaşlara çatdırılması planlaşdırılır. Leyla Əliyevanın təşəbbüsü ilə xəstələr üçün geniş qanvermə kampaniyası təşkil olundu. Azərbaycan dövləti eyni zamanda indiki həssas məqamda ölkədən xaricdə olan vətəndaşlarına da sahib çıxdı.
İnkişaf etmiş əksər Avropa dövlətləri COVİD-19 infeksiyası ilə mübarizədə çarəsiz qaldığı, minlərlə insan itkisi ilə üzləşdiyi bir zamanda Azərbaycan qəbul etdiyi mühüm qərarlar və seçdiyi effektiv mexanizmlərlə öz standartlarını yaratdı. Koronavirus pandemiyasıyla mübarizədə digər ölkələrə nümunə göstəriləcək dövlətə çevrildi. Prezident İlham Əliyevin vaxtında qəbul etdiyi çevik və strateji qərarlar, dövlətimizin hər bir vətəndaşının sağlığını başlıca vəzifəsi sayması, Azərbaycanın son 17 ildə dinamik inkişaf nəticəsində əldə etdiyi nailyyətlər belə dəhşətli təhlükədən az itki ilə çıxacağımızı göstərir. Bu mübarizədə xalqın öz prezidentinə dərin inamı, güclü xalq-hakimiyyət birliyinin mövcudluğu həlledici rol oynadı. Əlbəttə ki, koronavirus pandemiyası qlobal təhlükə kimi hələ də aradan qalxmayıb. Azərbaycan da bu sahədə mübarizəsini davam etdirir. Ancaq cənab prezidentin rəhbərliyi ilə qüdrətli dövlətimizin həyata keçirdiyi siyasət bizə Azərbaycanın bu sınaqdan da uğurla çıxacağını deməyə əsas verir. Tanrı dövlətimizi, xalqımızı qorusun.
Ülvi Allahverdi
Azərbaycan Respublikasının Prezidenti yanında
QHT-lərə Dövlət Dəstəyi Şurasının məsləhətçisi
Xəbər lenti
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SOSİAL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
MANŞET, SOSİAL
Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
SOSİAL
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
SOSİAL
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SOSİAL
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR