Şura “Koronavirusla mübarizə mədəniyyəti: Kim? Harada? Necə?” mövzusunda videokonfrans keçirəcək

Şura “Koronavirusla mübarizə mədəniyyəti: Kim? Harada? Necə?” mövzusunda videokonfrans keçirəcək

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının REAL TV ilə birgə keçirdiyi "Evdə qalaq, bilgi alaq!” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyası çərçivəsində 1 may 2020-ci il, saat 17:00-da "Koronavirusla mübarizə mədəniyyəti: Kim? Harada? Necə?” mövzusunda videokonfrans təşkil edəcək.

Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyevanın moderatorluğu ilə keçiriləcək videokonfransda koronavirusa (COVİD-19) qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən işlər, xarici ölkələrdə yaşayan soydaşlarımız və xarici tərəfdaşlarımızın karantin reimindəki həyat tərzi, yaradıcılıqları və digər fəaliyyətləri barədə fikir mübadiləsi aparılacaq.

Videokonfransda ABŞ-ın Texas ştatında yaşayan Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və rəhbəri, iki ölkə arasında musiqi körpüsü yaratmağa çalışan Cəmilə Cavadova-Spitzberq, Fransanın erməni lobbisinin güclü olduğu şəhərlərdən olan Lionda fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təsisçisi və prezidenti Günel Səfərova, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvü, Azərbaycan xalçalarının toxucusu Filip Jüj, Romada geyim dizayneri fəaliyyəti göstərən Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin İtaliya təmsilçisi Günay Həsənova, Quzey Kıprıs Türk Cümhuriyyətindən psixoloq, dr. Linda Fraim, şair Rəbiqə Nazimqızı, rəssam Nərminə Vəliyeva, ABŞ-ın Florida ştatında yaşayan rəssam Aleks İbsen, Lüksemburqda yaşayan modelyer-rəssam Sevinc Kərimova, Polşada fəaliyyət göstərən "Fundacja Pokolenia Pokoleniom” qeyri-hökumət təşkilatının sədri Barbara Texmoşenski, Vaşiqton Piano İncəsənəti Şurasının təsisçisi Şato Qardetski, Vaşiqton Piano İncəsənəti Şurasının İdarə Heyətinin üzvü, pianist Con Qardetski, mədəniyyət layihələrinə dəstək verən Nyu-Yorklu iş adamı Syuzan Sabbatino-Pellikeyn, Romada yaşayan irland əsilli rəssam Şaan Qol, Azərbaycan-Lüksemburq Mədəniyyət Assosasiyasının sədri Arzu Həsənova, Kaliforniya Dövlət Universitetinin müəllimi, şair, tərcüməçi Əlison Məndəvil, Kaliforniya ştatında yaşayan rəssam Mərlis Məndəvil, Malaziya İslam İncəsənəti Muzeyinin tədqiqatçısı Əmin Əmirdabbağian iştirak edəcək.

Qeyd edək ki, konfrans iştirakçılarının xarici dildəki çıxışları Azərbaycan dilinə tərcümə ediləcək. Həmçinin, Azərbaycan dilində edilən çıxışlar da ingilis dilinə tərcümə olunacaq.

Xəbər lenti