"Şuşa-Xankəndi yolunda keçirilən aksiya QHT-lərin haqlı mövqeyinin təntənəli nümayişidir" - Səbuhi ABBASOV

"Artıq bir neçə gündür ki, Şuşa-Xankəndi yolunda Azərbaycan QHT-ləri haqlı olaraq ekoloji talana yox demək üçün dinc aksiya keçirirlər. Hesab edirəm ki, bu aksiya QHT-lərin haqlı mövqeyinin təntənəli nümayişidir"

Bu sözləri saytımıza açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov deyib: "Dünyaya erməni lobbisi illərdir belə bir fikir formalaşdırmağa çalışırdı ki, guya Azərbaycanda QHT-lər öz funksionallıqlarını itiriblər. Bu aksiya bir daha göstərdi ki, hərbi, iqtisadi, siyasi cəhətdən regionun lider dövləti olan Azərbaycanda QHT institutunun formalaşması, inkişafı prosesi də uğurla reallaşmaqdadır. Son dönəmlər Hökumətlə-Qeyri-hökumət təşkilatları arasında uğurlu dialoq tandemi cəmiyyətin vahid orqanizm kimi inkişafını təmin edib. Bu sahədə aparılan islahatlar QHT-lərin maliyyə mexazimlərinin şəffaflaşdırılması ilə yanaşı kadr potensialının artırılması ilə nəticələnib. Nəticə göz qabağındadır, əlində yalnız şuarlar olan QHT-lər ermənistan kimi terror dövləti iflic vəziyyətə salıb. Təbii ki, QHT-lərimiz düşməni mənən sındırsalar belə təhlükələr hələ də qalmaqdadır. Sosial platformalar üzərindən aparılan qarayaxma kampaniyaları, aksiyanı gözdənsalma cəhdləri buna bariz nümunədir. Tələblərimiz yerinə yetirilməyənə qədər geri çəkilməyəcəyik. Həm Şuşa-Xankəndi yolunda, həm də onlayn platformalarda gedən informasiya savaşında düşmənə sarsıdıcı zərbələr endirəcəyik"

Xəbər lenti