Tahir Budaqov: Erməni cinayətlərinin beynəlxalq aləmdə ifşa olunması dövlətimizin siyasətinin prioritet istiqamətlərindəndir
30 Mart 2022, 16:13
30 Mart
2022
16:13
549
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər hazırda respublikanın bütün bölgələrində keçirilir. Yeni Azərbaycan Partiyası tərəfindən "Soyqırımı: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktiki konfransın Qubada keçirilməsi isə təsadüfi deyil. Çünki erməni cinayətlərinin qurbanlarının xatirəsinə ucaldılmış Soyqırımı Memorial Kompleksi Qubada yaradılıb. Burada kütləvi məzarlıq aşkar olunduqdan sonra bu möhtəşəm kompleks yaradılıb. Bu kompleksin yaradılmasının keçmişi yaddan çıxarmamaq, gələcəkdə daha güclü olmağımız üçün mənəvi əhəmiyyəti var.
Bölgə müxbiri xəbər verir ki, bu fikirləri Qubada jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov söyləyib.
YAP Sədrinin müavini bildirib ki, 200 ildən artıq müddətdə ermənilərin soyqırımı siyasətini həyata keçirməsi nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilib. Bu qətliamlara vaxtında tarixi-siyasi qiymətin verilməməsi ermənilərin bu cinayətləri davam etdirmələrinə şərait yaradıb. Yalnız ümummilli liderimiz Heydər Əliyev tərəfindən soyqırımı cinayətlərinə hüquqi-siyasi qiymətin verilməsi, eləcə də dövlətimizin həyata keçirdiyi siyasət nəticəsində dünya baş verən hadisələrə düzgün qiymət verməyə başladı. Təbii ki, bu proseslərdə Heydər Əliyev yolunun müzəffər davamçısı, Prezident İlham Əliyevin siyasətini xüsusi qeyd etmək lazımdır. Elə bir beynəlxalq tədbir yoxdur ki, Prezident İlham Əliyev bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmasın.
Tahir Budaqov, eyni zamanda, qeyd edib ki, Heydər Əliyev Fondunun xətti ilə bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. İstər respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, istərsə də Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirlər nəticəsində dünyanın bir sıra ölkələri Xocalı soyqırımını tanıyıb. Erməni vandalizminin təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayət olduğu gündəmdə saxlanılır.
Soyqırımı hadisələrinin qan yaddaşımıza həkk olunduğunu deyən Tahir Budaqovun sözlərinə görə, erməni cinayətlərinin daim ifşa edilməsi, bu cinayətlərə beynəlxalq aləm tərəfindən qiymət verilməsi dövlətimizin siyasətinin prioritet istiqamətlərindən biridir. "Biz qürurla deyə bilərik ki, erməni vandalizminin qurbanlarının, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycanın rəşadətli Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin edilməsi, tarixi ədalətin bərpa olunması istiqamətində möhtəşəm Zəfər yolu keçdi. Hazırda bu Zəfərin nəticələrinin möhkəmləndirilməsi, Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq aləmdə qəbul olunması yönündə ciddi nəticələr var. Həmçinin Azərbaycan xalqı bu müharibədə öz böyüklüyünü bir daha nümayiş etdirdi. Ermənilərin xalqımıza qarşı kütləvi qırğınlarına, cinayətlərinə baxmayaraq, Ordumuz 44 günlük müharibədə dinc erməni əhalisini, mülki obyektləri hədəfə almadı, yalnız hərbi hədəfləri məhv etdi”, - deyə YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb.
T.Budaqovun sözlərinə görə, konfransın digər bir özəlliyi ondan ibarətdir ki, burada ölkəmizdə yaşayan müxtəlif etnik qrupların, ictimai birliklərin nümayəndələri də iştirak edirlər: "Ermənilər Azərbaycanda kütləvi qırğınlar törədərkən təkcə azərbaycanlıları deyil, digər xalqların nümayəndələrini də qətlə yetiriblər. Bu gün onların da xatirəsi anılır. Onu da bildirmək istəyirəm ki, 44 günlük Vətən müharibəsində ölkəmizdə yaşayan bütün xalqlar, etnik qruplar Prezident İlham Əliyevin ətrafında sıx birləşərək möhtəşəm Zəfərimizin qazanılmasına öz töhfələrini veriblər”.
Xəbər lenti
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
Digər xəbərlər
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
SİYASƏT
Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
SİYASƏT
Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
SİYASƏT
Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."