Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir

Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində dekabrın 7-də YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Pati) Sədrinin birinci müavini Numan Kurtulmuş arasında görüş olub.
Görüş zamanı iki qardaş ölkənin hakim partiyaları arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində işlərin davamlılığı, növbəti perspektiv planlar müzakirə olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqovu səfər çərçivəsində Milli Məclisin deputatı Ramil Həsən müşayiət etməkdədir.
 
7News.Az

Xəbər lenti