TDT dövlətlərinin jurnalistləri üçün təlimin açılışı olub - FOTO

TDT dövlətlərinin jurnalistləri üçün təlimin açılışı olub - FOTO
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının əməkdaşlığı ilə Təşkilata üzv dövlətlərin jurnalistləri və media mütəxəssisləri üçün keçirilən silsilə təlimlərin rəsmi açılış mərasimi baş tutub.

Açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu layihə sadəcə bilik və bacarıqların təkmilləşdirilməsi üçün deyil, həm də çoxtərəfli münasibətlərin gücləndirilməsi üçün effektiv və səmərəli platformadır.

Əhməd İsmayılov qeyd edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində media sahəsində əlaqələrin gücləndirilməsinə töhfə verməkdədir və hazırkı layihə media sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması, müxtəlif ortaq platformalar vasitəsilə ölkələrimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayacaq.

O, Azərbaycanda jurnalistlərin peşəkarlığının və informasiya istifadəçilərinin media savadlılığının artırılması məqsədilə həyata keçirilən mühüm tədbirlərdən danışıb, media sahəsində sağlam rəqabət mühitinin gücləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb./apa
 
Xəbər lenti