“Təhlükəsizlik məktəbi” gənclər üçün yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə işinin təşkili” adlı layihəsinin icrasını davam edir

“Təhlükəsizlik məktəbi” gənclər üçün yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə işinin təşkili” adlı layihəsinin icrasını  davam edir
"SAF Həyat Naminə” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondu maliyyə dəstəyi ilə həyata keçirilən "Təhlükəsizlik məktəbi” gənclər üçün yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə işinin təşkili” adlı layihəsinin icrasını  davam edir.  
Bildiyiniz kimi, təşkilat icra planına uyğun olaraq Xəzər Media Mərkəzinin nəznində fəaliyyət göstərən ARAZ FM (103.3) vasitəsilə bir ay ərzində "YOLÜSTÜ” verlişi ərsəyə gətirmişdir. İstər sükan arxasında olan sürücülərin və nəqliyyatdan istifadə edən sərnişinlərin, istərsə də evdə radioya dinləyən bütün auditoriyaya maarifləndirici məlumatların ötürülmüşdür.
Qeyd edək ki, təşkilatın bu istiqamətdə birinci təcrübəsi deyil. Layihənin əsas məqsədi Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə daha çox diqqətin ayrılması, effektiv təbliğat kampaniyasının hazırlanması və həyata keçirilməsidir.
Layihənin növbəti mərhələdə "SAF Həyat Naminə” Gənclər İctimai Birliyi gənclər üçün 4 təlim həyata keçirilməsi nəzərdə tutmuşdur. Təlimlər E.Yəhyayev adına  56 N-li tam orta məktəbində X-XI sinif şagirdlərin iştirakı ilə  11, 12, 19, 23 fevral 2024-cü il tarixlərində keçirilir. Təlimlərdə şagirdlərə yol hərəkəti qaydalarını  təbliğ etməsi, öyrətməsi  və yol qəzalarından qorunması, Azərbaycanda yol  hərəkəti təhlükəsizliyinə daha çox diqqətin ayrılması üçün maarifləndirici məlumatlar ötürülür. 
23.02.24-cü il tarixində layihə çərçivəsində hazırlanmış www.drivingacademy.org.az saytın təqdimatı nəzərdə tutulub. Həmin sayt vasitəsilə vətəndaşlar öz müraciətləri ünvanlıya bilərlər. Əlavə olaraq ödənişsiz qaydada şəxsi kabinet yaratmaqla orada təqdim olunan test toplusundan və digər məlumatlardan istifadə edə biləcəklər.
 
 





Xəbər lenti