Təhsilinizi, gələcək karyeranızı Mingəçevir Dövlət Universiteti ilə reallaşdırın - VİDEO

Təhsilinizi, gələcək karyeranızı Mingəçevir Dövlət Universiteti ilə reallaşdırın - VİDEO

7NEWS.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetində kadr hazırlığı aparılan yeni ixtisaslardan biri də Kompüter mühəndisliyi ixtisasıdır. Bu ixtisasın normativ təhsil müddəti 4 ildir. Məlumdur ki, kompüter mühəndisliyi termin olaraq ilk dəfə 1930-cu ildə meydana gəlmişdir. Ancaq rəsmi olaraq universitetlərdə təhsil proqramı kimi ilk dəfə 1970-ci ildə Amerikada tədris olunmuşdur. Ardından bütün dünyaya sürətli bir şəkildə yayılan bu ixtisas günümüzdə ən önəmli müəhəndislik peşələrindən birinə çevrilmişdir. Komputer elmləri və elektonika mühəndisliyinin kəsişmə nöqtəsi hesab olunan bu ixtisasın əsas hədəfi rəqəmsal düşünmə bacarığı yüksək, analitik bacarıqları və yaradıcılığı ilə fərq yaradan mühəndislər yetişdirməkdir. Komputer mühəndisliyinin təhsil proqramına müasir dövrün tələblərinə cavab verən fənlər daxil edilmişdir: Kompüter mühəndisliyinin əsasları, Proqramlaşdırmanın əsasları, Fizika və Riyazi analiz, Verilənlərin strukturu və alqoritmlər, Kompüter arxitekturası, Kompüter şəbəkələri, Dövrlər nəzəriyyəsi, Kompüter qrafikası və s. O cümlədən seçmə fənlərdə peşəkar kadrların formalaşmasına uyğun seçilmişdir. Statistik təhlillərə əsasən, ölkəmizin dijital bacarıqlara sahib iş gücü avropa ölkələrinə görə 40% daha azdır. Ayrıca ölkəmizdə texnologiya üzrə mütəxəssis axtarışında olan hər 3 firmadan biri axtardığı bilgidə və özəllikdə namizəd tapmaqda ciddi sıxıntılar çəkir. Son olaraq ölkəmizin gələcək 5 il içərisində dijitallaşdırma müddətində ən böyük çətinliyi axtarılan bacarıqda mütəxəssisin tapılmamasında olacaqdır. Ona görədə təhsilinizi, gələcək karyeranızı Mingəçevir Dövlət Universiteti ilə reallaşdırın.

7NEWS.az Mingəçevir Dövlət Universitetində kadr hazırlığı aparılan YENİ ixtisaslardan olan "Kompüter mühəndisliyi" barədə təqdimatı diqqətinizə çatdırır. Təqdimatda ixtisasın perspektivləri, iş imkanları, tədris olunan dərslər və d. məlumatlar yer alıb.


Xəbər lenti