"Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Platforması çərçivəsində Türkiyədə təhsil alacaq Şəhid və qazi övladları ilə görüş keçirildi
28 Sentyabr 2021, 15:14
28 Sentyabr
2021
15:14
810
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ramil Həsənin təşəbbüsü, Türkiyə -Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın dəstəyi və təşkilatçılığı ilə yaradılan "Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Platforması çərçivəsində Türkiyənin Sivas Universitetində təhsil alacaq Şəhid və qazi ailələri, onların övladları 27 sentyabr 2021-ci il tarixində Türkiyəyə yola salındı. Bununla əlaqədar Türkiyənin Bakıdakı səfirliyində tədbir keçirildi. Tədbirdə Qardaş Türkiyə Cümhuriyyətinin Böyükelçisi cənab Cahit Bağcı, millət vəkili Ramil Həsən, TÜİB sədri Hüseyin Büyükfırat, Yaşat Fondunun rəhbəri Elvin Hüseynov, qeyri-hökumət təşkilatlarının nümayəndələri, qazi və şəhid yaxınları iştirak edirdi.
Toplantıda çıxış edən səfir Cahit Bağcı, bu günün 27 sentyabr 2020-ci ildə Ermənistanın işğal etdiyi torpaqların azad edilməsi uğrunda başladığı 44 günlük savaşın birinci ili olduğunu xatırlatdı və şəhidlərə rəhmət dilədi.
Türkiyəyə təhsil üçün gedən gənclərə uğurlar diləyən Bağcı, "Türkiyə sizi qucaqlayacaq. Türk millətinə əmanətsiniz. Azərbaycan və Türkiyə arasında inşa ediləcək yeni körpülərin ən əhəmiyyətli sütunlarından biri olacaqsınız " dedi.
TÜİB sədri Hüseyin Büyükfırat, TÜİB üzvləri olaraq savaşın ilk günlərindən bu günədək cəbhədə həyatını itirən insanlar üçün nələr edə biləcəklərini düşündüklərini və ilk növbədə şəhid ailələrini ziyarət etdiklərini söylədi.
Daha sonra fəaliyyətlərini genişləndirərək, millət vəkili Ramil Həsənlə "Tək Millət, Tək Ürək" təşəbbüsünə başladıqlarını və təxminən 2 min şəhid ailəsi ilə görüşdüklərini qeyd etdi.
Təşəbbüsün daimi olması üçün təhsilin ən yaxşı yol olduğuna qərar verdiklərinə diqqət çəkən Büyükfırat, "Türkiyəyə təhsil üçün təxminən 200 tələbə göndərəcəyik. Tələbələri yalnız Türkiyəyə deyil, Şimali Kipr Türkiyə Cümhuriyyətinə də göndərəcəyik. Əslində biz şəhid ailələrinə kömək etmirik. Onlara borcluyuq. Bu ölkə üçün canlarını verdilər. Borcumuz bir ömür sürəcək. " dedi.
"Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Platformasının həmtəsisçisi, millət vəkili Ramil Həsən də çixişı zamanı əməyi keçən hər kəsə Türkiyə Cümhuriyyətinə və Azərbaycan dövlətinə dəstəklərinə görə təşəkkür etdi. Platforma fəaliyyətinin məqsəd və məramlarını açıqladı, məqsədin nə dərəcədə müqəddəs bir iş olduğunu dilə gətirdi. Hər bir işimizin Azərbaycan-Türkiyə dostluğuna xidmət etdiyini, Azərbaycan və Türkiyə prezidenti, iki qardaş dövlətin cümhur başkanları Cənab İlham Əliyevin və Cənab Rəcəd Tayyib Ərdoğanın liderliyində tarixi bir missiyanın uğurla həyata keçdiyini və bizim də bu missiyanın bir parçası olduğumuzdan böyük şərəf duyduğunu bildirdi. Hörmətli Mehriban xanımın və Cənab prezidentin təşəbbüsü ilə yaradılmış Yaşat Fondunun uğurla fəaliyyət göstərdiyini, məhz qardaşlığın simvolu olaraq qazilərimizin müalicə üçün Türkiyəyə göndərdiklərini, bu layihənin də iki qardaş dövlətin birlik və bərabərlik istiqamətində liderlərimizin qoymuş olduğu yolun tərkib hissəsi olduğunu ifadə etmişdir.
Azərbaycan ilə Türkiyə iki dövlətlər arasındakı birlik və qardaşlıqdan bəhs edən natiq, bu birliyin bundan sonra da iki dahi liderlər Cənab İlham Əliyev və Cənab Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində uzun illər davam etdiriləcəyini vurğuladı.
"Tək Millət, Tək Ürək" platformasının könüllü bir təşəbbüs olduğunu dilə gətirən Ramil Həsən bu müqəddəs missiyada bizim yanımızda olan, xüsusilə şəhid və qazi uşaqlarını qəbul edən Sivas Cümhuriyyət Üniversitetinə, Böyükelçi Cahid Bağçıya, Türkiyə və Azərbaycan Dövlətinə, TUİB başkanı Heseyin Büyükfırata, Dəyanət İşləri Vakfına, AnadoluJetə, Sivas Valiliyinə , Necmeddin Taşbağa, Hünər Group-un rəhbəri Ehtiram Quliyevə və digər əməyi keçən insanlara dərin təşəkkürünü bildirdi.
Daha sonra çıxış edən "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov və digər natiqlər Müzəffər Ali Baş Komandanın yorulmaz fəaliyyətindən, hər bir kəndin düşməndən təmizlənməsində düzgün və güclü hərbi planın uğurlu gedişinin təzahürü olduğunu, hər bir yaşayış məntəqəsinin azadlığı qəhrəman əsgər və zabitlərimizin böyük rəşadətinin təntənəsi olduğunu bildirdilər. Vətənin azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacağını diqqətə çatdırdılar.
Xəbər lenti
-
12:34Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:03Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:01QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
18 May 2024
17 May 2024
16 May 2024
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
Digər xəbərlər
-
SOSİAL
Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
SOSİAL
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
SOSİAL
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SOSİAL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SOSİAL
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək