TRAMPDAN SENSASİON BƏYANAT - ABŞ Minsk Qrupundan da çıxacaq?
ABŞ ordusu artıq başqa xarici ölkələrdəki münaqişələrin həllində iştirak etməyəcək. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bu gün Nyu-York ştatında Vest Point Hərbi Akademiyasının məzunları qarşısında çıxışı zamanı deyib.
Tədbir Ağ Evin "Facebook” səhifəsində canlı yayımlanıb.
"Siz Amerika tarixində ən vacib məqamda ordu karyeranıza başlamısınız. Amerika əsgərinin vəzifəsi digər ölkələri yenidən qurmaq deyil, ölkəmizi xarici düşmənlərdən qorumaqdır və biz bu təməl prinsipləri geri qaytarırıq” , - deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ insanların adını belə eşitmədiyi ölkələrdəki münaqişələri həll etməyə məsul deyil.
"Biz bu dünyanın polisləri deyilik. Ancaq düşmənlərimiz bilsinlər ki, əgər xalqımız təhlükə altındadırsa, biz heç vaxt çəkinməyəcəyik", - deyə prezident bildirib.
Stohkolm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2019-cu ildə dərc etdiyi hesabatda bildirilir ki, ABŞ hərbi xərclərə (649 milyard dollar) görə dünyada birinci yerdədir. Ümumilikdə hazırda dünyada 600-dən çox Amerika hərbi bazası fəaliyyət göstərir.
Qeyd edək ki, bu günlərdə Almaniya hökuməti bəyan edib ki, Berlin ölkədə yerləşdirilmiş ABŞ qoşunlarının bir hissəsinin mümkün ixtisarına dair Vaşinqtondan rəsmi bildiriş alıb. Ötən həftə "The Wall Street Journal” qəzeti yazmışdı ki, Tramp Almaniyadan 9500 ABŞ hərbçisinin çıxarılmasını planlaşdırır. Almaniyanın "Der Spiegel” jurnalı bu rəqəmin 5 minlə 15 min arasında olduğunu yazırdı. Bir sıra ABŞ konqresmen və senatorları deyib ki, bu ixtisar planı həyata keçirilərsə, Avropada ABŞ-ın milli təhlükəsizliyinə risk yarana və Rusiyanın mövqeləri möhkəmlənə bilər.
Tramp ötən ilin oktyabrında ABŞ-ın "Suriyada sonu olmayan, mənasız müharibədən çəkilməsinin vaxtı çatdığını” bəyan etmişdi.
ABŞ prezidenti "Twitter" səhifəsində bunları yazmışdı: "Suriyada əksəriyyəti qəbilə döyüşləri xarakterini daşıyan cəfəng, sonu olmayan, mənasız müharibədən çıxmağın və əsgərlərimizi evə qaytarmağın vaxtı çatıb. Bizə xeyir gətirən müharibələrdə yalnız qalib gəlmək üçün savaşacağıq. İndi Avropa, Türkiyə, Suriya, İran, İraq, Rusiya və kürdlər özləri vəziyyəti başa düşməli, qonşuluqlarında ələ keçirilən İŞİD döyüşçüləri ilə nə etməli olduqları barədə qərar verməlidirlər”.
Amma sonrakı proseslərdə Tramp Suriyada əsgər saxlamağa qərar verdi. Tramp administrasiyasının dünyadakı münaqişələrə vaxt və pul sərf etməmək barədə bəyanatları Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini də gündəmə gətirir.
Aydındır ki, ABŞ Qarabağ münaqişəsində hərbi yox, diplomatik iştirakçıdır. Tramp administrasiyasının Qarabağ münaqişəsinin həllinə yüksək səviyyədə diqqət ayırmadığı isə yenilik deyil. Prezident Trampın Ağ Evə gəlişindən sonra ABŞ-ın dünyadakı rolunu azaltmaq istəməsi və xaricə maliyyə dəstəklərini azaltmalarında da bu siyasət nəzərə çarpır.
ABŞ-ın həmsədr vəzifəsinin xərclərini ABŞ höküməti yox, ATƏT ödəyir. Amma ATƏT-in Minsk Qrupu formatının Dağlıq Qarabağ məsələsində özünü doğrultmadığı və bu günə kimi də heç bir uğur əldə etmədiyi göz önündədir. ABŞ və Fransa isə Rusiyanın Qarabağ münaqişəsində həlledici rolunu qəbul edib. Bu səbəbdən Trampın günlərin birində münaqişlərin həllində diplomatik missiyasını da dayandıra biləcəyi barədə bəyanat verməsi təəccüblü olmaz. Ümumi qənatə görə, son illər Vaşinqtonun Cənubi Qafqazda rolu kifayət qədər zəifləyib, Rusiya isə əksinə, daha da güclənib...
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
Digər xəbərlər
-
DÜNYA
“Bu xain təşkilata (FETO) qarşı hamımız ayıq olmalıyıq”
-
DÜNYA, SİYASƏT
Araik Arutunyan istefa verdi
-
DÜNYA
SON DƏQİQƏ: Sinan Oğan qərarını açıqladı
-
DÜNYA
Agentliyin icraçı direktoru Qazaxıstanın vətəndaş cəmiyyəti sahəsinə məsul dövlət rəsmiləri ilə görüşüb
-
DÜNYA, SİYASƏT
“Altılı masa”nı tərk edən Akşenerdən gözlənilməz gediş
-
DÜNYA, SİYASƏT
Kosovoda nə baş verir? Və yaxud Balkanlarda yeni müharibə başlayacaqmı? (TƏHLİL)
-
DÜNYA, SİYASƏT
Peskov: "Paşinyan KTMT-nin işini fiasko kimi şərh edir"
-
DÜNYA
Polşa ABŞ-dan PUA icarəyə götürəcək
-
DÜNYA
Almaniya enerji böhranı qarşısını almaq üçün istifadəni 30 faiz azaltmalıdır