“Türkiyənin yanımızda olmağı gücümüzə güc qatır” - Deputat

“Türkiyənin yanımızda olmağı gücümüzə güc qatır” - Deputat
"İşğaldan azad olunan torpaqlarımızda həyata keçirilən quruculuq işlərində Türkiyə şirkətlərinin iştirakı olduqca əlamətdar hadisədir və eyni zamanda hər yerdə, hər məqamda qardaş dövlətlə bərabər olmağımızın növbəti göstəricisidir. Belə olan halda isə heç şübhəsiz ki, Qarabağımızın inkişafı və dirçəlməsi daha da sürətlənəcək”- 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Təbii, hələ qarşıda görüləcək çox böyük işlər var və Türkiyənin yanımızda olması gücümüzə güc qatır. Yəqin ki, bir azdan Qarabağın siması çox dəyişəcək. Çünki, işğaldan azad olunmuş torpaqların hər qarışında böyük infrastruktur layihələri həyata keçirilir, dəyərli həmvətənlərimizin öz doğma yurd-yuvalarına tezliklə qayıtması üçün bütün resurslar səfərbər olunub. Və bu istiqamətdə Türkiyənin inşaat şirkətlərinin də bizimlə bərabər olmağı, onlar tərəfindən  göstərilən ciddi dəstək və sərgilənən fəallıq həqiqətən də olduqca təqdirəlayiqdir.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti