“Uber” Kanadada marixuana daşımağa BAŞLAYACAQ

“Uber” Kanadada marixuana daşımağa BAŞLAYACAQ
Bu gündən Kanadanın Toronto şəhərində yaşı 19-dan yuxarı olan şəxslər sifariş əsasında "Uber Eats”dən rəsmi olaraq marixuana ala biləcəklər.

7NEWS.az xəbər verir ki, qida çatdırılması proqramı "Uber Eats” və marixuana pərakəndə satışçısı "Leafly” bu gündən etibarən Torontoda marixuana çatdırılmasını təklif etmək üçün yerli təchizatçılarla əməkdaşlıq etdi. 19 və daha yuxarı yaşda olan müştərilər "Uber Eats” proqramı vasitəsilə marixuana sifarişlərini üç yerli marixuana pərakəndə satışçısından birinə yönləndirə biləcəklər. Müqaviləyə əsasən, dövlət tərəfindən təsdiq edilmiş işçi çatdırılma zamanı müştərinin şəxsiyyətini yoxlayacaq.

7NEWS.az

Xəbər lenti