Ucar rayonunda Qurban bayramı münasibətilə bayram aksiyası davam edir

Ucar rayonunda Qurban bayramı münasibətilə bayram aksiyası davam edir
Aksiya Yeni Azərbaycan Partiyasından 91 saylı Ucar Seçki Dairəsini Milli Məclisdə təmsil edən deputat Ramil Həsənin təşəbbüsü, xeyirsevər dostların dəstəyi ilə təşkil edilib. 

Bayram aksiyası çərçivəsində 50-dən artıq qazi və aztəminatlı ailələrə qurban payları təqdim olunub.

Qeyd edək ki, Qurban bayramının ilk günü Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü, Missiya Media Qrupunun və İnvest.Az Şirkətlər Qrupunun dəstəyi ilə 100-dən artıq şəhid ailəsinə və aztəminatlı təbəqənin nümayəndələrinə qurban payları çatdırılıb.

 




 

Xəbər lenti