Ukraynada daha bir teleqüllə vuruldu - Foto

Ukraynada daha bir teleqüllə vuruldu - Foto

Rusiya qoşunları Ukraynanın Lisiçansk şəhərində teleqülləyə zərbə endiriblər.

7News.Az "Strana” nəşrinə istinadən xəbər verir ki, hadisə yerindən foto və videolar paylaşılıb.

Videogörüntülərdən teleqüllənin yaşayış evlərinin yaxınlığında yerləşdiyini görmək mümkündür. Ölən və yaralılar barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, dünən Kiyev şəhərində də teleqüllə vurulub. Nəticədə, 5 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb

 

 

 

Xəbər lenti