Ulu öndər Heydər Əliyevin yeni neft strategiyası Azərbaycanın xoşbəxt gələcəyinin təminatçısıdır
20 Sentyabr 2021, 10:59
20 Sentyabr
2021
10:59
822
"Azərbaycanın iqtisadi tərəqqisinə, dünya iqtisadi sisteminə inteqrasiyasına yol açan, əbədi müstəqilliyimizi, xalqımızın yüksək rifahını təmin edən və dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkətinin iştirakı ilə tarixə "Əsrin müqaviləsi” kimi daxil olan sazişin imzalanmasından 27 il otür. O vaxtdan bu günədək ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası uğurla icra edilir. Bu strategiyanın uğurla reallaşması fonunda Azərbaycanın enerji sektorunda mühüm hadisələr baş verir, neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi ölkəmizin hərtərəfli inkişafını təmin edir. Sabitliyin, normal iqtisadi mühitin mövcudluğu ölkəmizə investisiya axınını sürətləndirir. Bir sözlə, beynəlxalq arenada Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi gündən-günə möhkəmlənir.
Əgər 1994-cü ildən indiyədək ölkəmizin neft-qaz sektorunda inkişafın xronologiyasına nəzər yetirsək bunun yalnız uğurlar xronologiyası olduğunu görərik. Ümummilli Liderin adı ilə bağlı olan Azərbaycanın yeni neft strategiyasının uğurlu icrası qarşıya qoyulan hər bir hədəfə yüksək səviyyədə nail olmağa geniş imkanlar açır. 27 illik təcrübə göstərir ki, "Əsrin müqaviləsi" Azərbaycanın bugününü və gələcəyini təmin etməyə qadir olan yüksək potensiala malik layihədir. Artıq bu unikal sazişin reallaşdırılmasının ikinci mərhələsi başlayıb. Söhbət təbii ki, 2017-ci il sentyabrın 14-də Bakıda imzalanmış Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş, "XXI əsrin kontraktı" adlandırılan "Yeni əsrin müqaviləsi”ndən gedir. Həmin sənədə uyğun olaraq "Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılıb. Bu, şübhəsiz, Azərbaycanın gələcəyinə, ölkəmizdə uğurla həyata keçirilən, müəllifi ulu öndər Heydər Əliyev olan sabitlik və tərəqqi siyasətinə inamın göstəricisidir.”
"İki sahil” xəbər verir ki, bu fikirləri YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, sonrakı illərdə xarici şirkətlərlə "Əsrin müqaviləsi”nin davamı kimi imzalanan yeni neft və qaz sazişlərinin, Anlaşma memorandumlarının say tərkibinə diqqət yetirməklə iqtisadi müstəqilliyini təmin edən Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolunu və yerini açıq-aydın görmək olar. "Əsrin müqaviləsi" hazırda həm məzmununa, mahiyyətinə, həm də regionda və dünyada əməkdaşlığın inkişafına verdiyi yeni nəfəsə görə regional, eyni zamanda, qlobal geosiyasi proseslərdə öz əhəmiyyətini qoruyub saxlayır. Məhz "Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın o vaxtadək regional çərçivədə başlanan əməkdaşlığının coğrafiyası genişlənərək beynəlxalq miqyas aldı.
YAP Xətai rayon təşkilatının sədri iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsini müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin göstəricisi kimi diqqətə çatdırıb: "Ümummilli Lider yeni neft strategiyasını işləyib hazırlamaqla, dünya təcrübəsinə istinad edib səylərin, təcrübə mübadiləsinin birləşdirilməsi fonunda "Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla xalqımızın illərdir ürəyində yaşatdığı öz təbii sərvətlərinin əsl sahibinə çevrilməsi arzusunu gerçəkləşdirdi. Bu sazişin reallaşması sayəsində Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Məhz bu uğurlarımıza söykənərək bu gün böyük inamla və uca səslə bəyan edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa qlobal iqtisadi layihənin icrasından danışmaq qeyri-mümkündür.”
V.Rəhimzadə ulu öndər Heydər Əliyevin yüksək dühasının, siyasi uzaqgörənliyinin və qətiyyətinin nəticəsi olan "Əsrin müqaviləsi”nin müstəqil Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olduğunu diqqətə çatdırıb: "Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə neft siyasətinin uğurla həyata keçirilməsi enerji layihələrinin xronologiyasında da özünü qabarıq şəkildə göstərir. Belə ki, möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyi ilə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. 2014-cü ildə- "Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməli qoyuldu və 2018-ci ilin mayında bu unikal layihənin rəsmi açılışı oldu. 2018-ci ilin iyununda Cənub Qaz Dəhlizinin əsas seqmentləri olan TANAP, 2020-ci ilin dekabrında isə TAP istifadəyə verildi.
Göründüyü kimi, Azərbaycanın enerji sektorunda qazanılan uğurlar bu sahədə qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunduğunu təsdiqləyir. Bu uğurlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), ölkəmizin çoxminli neftçilər ordusunun öz payı, rolu vardır. Ümummilli Liderin Fərmanı ilə "Əsrin müqaviləsi”nin imzalandığı tarixin-20 sentyabrın Neftçilər Günü peşə bayramı kimi təsis edilməsi özündə bütün məqamları ehtiva edir. Qəhrəman Azərbaycan neftçiləri bu bayramı hər il yüksək göstəricilərlə qeyd edirlər. Onu da xüsusi vurğulamaq gərəkdir ki, dövlət başçısı İlham Əliyev SOCAR-ın qarşısında beynəlxalq transmilli şirkətlər cərgəsinə qoşulmağı mühüm vəzifə kimi qoymuşdur. Məhz bu tapşırığı əldə rəhbər tutan SOCAR bu gün ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi uğurlu investisiya layihələri ilə beynəlxalq nüfuzunu gündən-günə möhkəmləndirməklə modern quruma çevrilib.”
"Atılan hər bir addımın əsasında Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması, sosial təminatın yüksəldilməsi, iqtisadi inkişafın dayanıqlı olması dayanır” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ulu öndər Heydər Əliyevin "Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev "Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürdü, neft gəlirlərini qeyri-neft sektorunun inkişfına yönəltməklə əhalinin sosial müdafiəsinin gücləndirilməsinin prioritetliyini açıqladı: "Heç də təsadüfi deyil ki, "Əsrin müqaviləsi" Azərbaycanın hər bir regionunun inkişafında təkanverici rol oynayıb. Məhz neft gəlirlərini ölkənin tərəqqisinə, xalqın, xüsusilə bölgələrdə yaşayan əhalinin maddi rifah halının daha da yüksəldilməsinə yönəltmək məqsədilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları qəbul olunub. Onlardan üçü artıq uğurla reallaşdırılıb. Dövlət proqramları çərçivəsində regionlarda müasir infrastruktur formalaşdırılıb, yeni iş yerləri açılıb.”
Hazırda ölkəmizin həyatında yeni mərhələnin başlandığını diqqətə çatdıran Vüqar Rəhimzadə qeyd edib ki, erməni işğalçılarına qarşı 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi şərtləndirən amillər sırasında ulu öndər Heydər Əliyevin yeni neft strategiyası müstəsna rol oynadı: "Fərəhli haldır ki, bu gün qalib ölkədə enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur. Uli Öndərin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunda toplanan, Azərbaycan xalqının bügünkü və gələcək nəsillərinin rifahına xidmət edən bu vəsaitlər hesabına ölkənin hərtərəfli inkişafını şərtləndirən sosial-iqtisadi layihələr uğurla həyata keçirilir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edərkən son 27 ildə görülən genişmiqyaslı işlərə, xüsusilə xalqımızı bütün dünyada şöhrətləndirən İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizə əsaslanaraq sonsuz qürur hissi və fəxrlə deyirik ki, "Əsrin müqaviləsi” Azərbaycanın nəhəng iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Bir sözlə, "Əsrin müqaviləsi" bu gün Azərbaycana əldə etdiyi uğurları daha da inkişaf etdirmək imkanı qazandırır və gələcəkdə də belə olacaqdır.”
Xəbər lenti
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
Digər xəbərlər
-
SOSİAL, SİYASƏT
Paşinyanın “yeni konstitusiya” hədəfi
-
SOSİAL, SİYASƏT
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
-
SOSİAL, SİYASƏT
Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
GÜNDƏM, SOSİAL, SİYASƏT
“Azərbaycan öz suveren ərazilərində günü-gündən güclənir” MÜNASİBƏT
-
MANŞET, SOSİAL, SİYASƏT
Estoniyada “Heydər Əliyev İli” münasibətilə poçt markaları çap edilib
-
GÜNDƏM, SOSİAL, SİYASƏT
“İlham Əliyev növbəti dəfə bütün dünyaya öz mesajlarını çatdırdı...” – Elşən Musayev
-
SOSİAL, SİYASƏT
O video saxtadır - SÜBUTLAR
-
SOSİAL, SİYASƏT
Günel Səfərova ATƏT-in tədbirində spikeri Azərbaycana qarşı qərəzdə qınadı
-
SOSİAL, SİYASƏT
Azərbaycanın bir qrup QHT-si bəyanat imzalayıb