Ulu Öndəri canlı yaşadan liderimiz
24 Dekabr 2021, 10:00
24 Dekabr
2021
10:00
828
Əli Hüseynli,
Milli Məclisin deputatı
Xalqın iradəsi ilə seçilmiş rəhbər
Heç şübhəsiz ki, 2003-cü ildən Prezident kimi xalqın böyük nüfuzunu və inamını qazanmış cənab İlham Əliyev böyük tarixi şəxsiyyətdir. Zamanında bir sıra dövlətlərdə konstitusion idarəetmə quruluşunu dəyişməklə hakimiyyətdə qalma üslubundan fərqli olaraq İlham Əliyev ancaq açıq və birbaşa seçkilərdə dəfələrlə qalib gəlmiş dövlət başçısıdır. O, müasir hüquqi və demokratik dünyada 20 ilə yaxın dövrdə sabit, davamlı və artan reytinqi qoruyub saxlayan çox nadir tarixi şəxsiyyətlərdəndir.
Xarici siyasətdə əsl Qafqaz kişisinə mənsub olan alicənab, cəngavər keyfiyyətləri ilə: həm çətin vəziyyətdə olan dost dövlətlər heç bir təsirlərə baxmayaraq kömək etməsi, həm də qalib gəldiyi düşmənə belə son şans verməsi kimi xüsusiyyətləri ilə İlham Əliyev hətta rəqiblərinin belə rəğbətini qazanmışdır.
Daxili siyasətdə isə İlham Əliyev onunla əslində heç bir rəqabət apara bilməyəcək müxalif siyasi opponentlərə də yeni siyasi konfiqurasiyada imkanlar açmış oldu.
2018-ci ilin növbədənkənar prezident seçkilərindən başlayan islahatların yeni mərhələsindən və Vətən Müharibəsi dönəmindən İlham Əliyev daha publik dövlət başçısı obrazındadır. Cəmiyyətimiz onu yeni xarizmada görməyə başladı. Amma 1994-cü ildə Neft Şirkətinin vitse-prezidenti kimi Azərbaycanın enerji təhlükəsizliyini erməni lobbisinin və xarici dairələrin təsirindən qoruyarkən də; AŞPA-da Azərbaycan Parlament nümayəndə heyətinin rəhbəri kimi Ermənistanın işğal siyasətini təsdiqləyən qətnamələrini qəbul etdirərkən də; 2000-lərdə məxməri inqilablar adı altında faktiki dövlət çevrilişlərinə cəhdlərin qarşısını alarkən də o, eyni xarizma ilə davranırdı və sadəcə təvazökarlıqdan dolayı geniş nümayiş etdirilmirdi. Təəssüf ki, hətta sıralarımızdakı delitantlar da bunu görmək qabiliyyətində deyildilər.
İlham Əliyev xüsusi təyinatı olan dövlət başçısıdır
Xalq tərəfindən seçilən hər bir rəhbərin həyatda xüsusi təyinatı olur. Amma bu missiyanı həyata keçirmək hər kəsə nəsib olmur. İlham Əliyevin Azərbaycan dövlətçiliyində ərazi bütövlüyümüzü təmin etmək kimi xüsusi təyinatı onun özünün əslində hərbi mənada xüsusi təyinatlı kimi yüksək hazırlığının nəticəsi idi. Zaman keçdikcə ictimaiyyətimiz Vətən Müharibəsi gedişinin və uğurunun bütün detallarının hərbi taktiki müəllifinin məhz Ali Baş Komandanın olduğunu görməkdədir. Beləliklə, Prezident kimi dövlət və xalq qarşısında xüsusi təyinatını icra etmiş İlham Əliyev həm də bölgənin ən güclü xüsusi təyinatlıları olan ordunun Ali Baş komandanıdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı tarixi hadisə post-sovet məkanında yeganə və bəlkə də sonuncu hadisə olacaq. İlham Əliyevin bu təcrübəsini indi çoxları öyrənir, amma tətbiq edə biləcəkləri böyük sual altındadır. Çünki, İlham Əliyev heç kimin edə bilmədiyini etdi, o əsrlər boyu ilk dəfə olaraq qonşuluğumuzda olan böyük dövlətlərin marağını Azərbaycanda birləşdirə bildi. Bundan sonra isə Qarabağı azad edib, bu bölgəni maraqlar uğrunda çəkişmədən xalqların rifahı və birgə inkişafı mərkəzinə çevirdi. Məhz buna görə də İlham Əliyevin "Qarabağ Azərbaycandır nə nida” ifadəsi sonra bir sıra dövlət başçıları tərəfindən tarixdə ilk dəfə olaraq "Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir” ifadəsi ilə yekunlaşmış oldu.
İlham Əliyev müasir müsəlman və türk dünyasının parlaq şəxsiyyətidir
Əgər Qərb dünyası siyasi konyunkturanı kənara qoya bilsəydi növbəti Nobel sülh mükafatı ilə məhz Prezident İlham Əliyev təltif olunardı. Çünki Qarabağın işğaldan azad olunması təkcə Ermənistan-Azərbaycan konfliktinə son qoymadı, bütövlükdə Qafqaza və regiona sülh gətirdi. O, böyük dövlətlərin təmsil olunduğu təşkilatların 30 ildə edə bilmədiyini təkbaşına etdi.
Amma ən vacibi odur ki, müsəlman və türk xalqlarının qəlbində Prezident İlham Əliyev daha böyük dəyərə layiq görülmüşdür.
Pakistanın Strateji Araşdırmalar Mərkəzinin direktoru Xalid Teymur Əkrəm söyləyir: "Pakistan xalqı sizinlə çox qürur duyur. Siz Pakistanda məşhur bir şəxsə çevrilmisiniz... Biz sizinlə və Azərbaycan xalqı ilə çox qürur duyuruq.
Türkiyəli Nobel mükafatı laureatı Əziz Sancar isə deyir: "Mənim üçün Qarabağ zəfəri Türkiyənin Qurtuluş savaşından sonra türk dünyasının ən böyük zəfəridir”.
Beləliklə, İlham Əliyev dünyanın güc mərkəzləri tərəfindən uzun illərdir əzilən, qaçqın və didərgin salınan müsəlman xalqlarının indi azadlıq, şərəf və qalibiyyət simvoluna çevrildi. Budur ən böyük mükafat.
Əslində böyük tarixi şəxsiyyətlərin həyatında bir oxşarlıq mövcuddur. Keçən əsrin 80-ci illərində Heydər Əliyev SSRİ kimi nəhəng dövlətin rəhbərliyində təmsil olunarkən, o da yaşının məhz bu çağlarında idi. O zaman bir çox dünya mətbuatı Heydər Əliyevin ilk müsəlman şəxsin bu zirvəyə yüksəldiyini yazırdılar. Bu gün isə müasir, dünyəvi türk və müsəlman aləminin ən parlaq şəxsiyyəti İlham Əliyevdir.
İlham Əliyev yeni tarix yazarıdır
Ali Baş komandan Qarabağı və Şərqi Zəngəzuru Azərbaycana qaytarmaqla 1987-1993-cü illərdə milli avantüristlərin və xəyanətkarların tarixin təbii inkişaf relsindən məhrum etdikləri Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yenidən öz tarixi yoluna qaytardı. Təsadüfi deyil ki, İlham Əliyevin Qarabağda bərpa etdirdiyi bir çox abidələr məhz Sovet Azərbaycanında Heydər Əliyevin qurduqlarıdır.
İlham Əliyevin tariximizdə Xalq Cümhuriyyəti zamanı İrəvanın ermənilərə güzəşt edilməsi; Sovet dönəmində xanlıqlar dövrü tariximizin təhrifi; müstəqilliyimizin bərpası dönəmində Şuşa və Laçının AXCP-nin xəyanət nəticəsində işğalı; ən vacibi isə, Azərbaycanın ikinci müstəqilliyinin məhz Heydər Əliyevin Naxçıvanda üç rəngli bayrağı dalğalandırılması hadisəsi ilə başlaması kimi həqiqətləri söyləməsi siyasi konyunkturadan kənar dərin tarixi təhlilin nəticəsi idi. Məhz Azərbaycan tarixinin bu cür obyektiv həqiqətlərə söykənən cəsarətli analizi cəmiyyətdəki populist illüziyalara birdəfəlik son qoydu. Sözsüz ki, böyük dövlət adamı kimi Prezidentin dediyi bu tarixi həqiqətlər bəziləri üçün acı olsa da, bunları çatdırmaqda yeganə məqsədi gələcək nəsillərə bunları bilib, səhvlərə bir daha yol verməmək tövsiyəsi idi.
Beləliklə, bəzən güzəştlərin və iradəsizliyin, bəzən isə xəyanətkarlığa bağlı ərazi itkilərimizin və müstəqilliyimizə təhlükələrin əsl səbəblərini söyləməklə İlham Əliyev həm də Azərbaycanın yeni tarix elmini yazdı.
Bu gün də Heydər Əliyev siyasətinə səmimi sədaqətlə xidmət edən hər bir şəxsin qəlbində Ulu öndər yaşamaqdadır. Amma yaşının bu müdrik çağında İlham Əliyev həm də Heydər Əliyevi bizlərə canlı olaraq yaşadır: Öz iti baxışları və müdrik çöhrəsi, sarsılmaz iradəsi və şax qaməti ilə.
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SOSİAL, SİYASƏT
Paşinyanın “yeni konstitusiya” hədəfi
-
SOSİAL, SİYASƏT
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
-
SOSİAL, SİYASƏT
Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
GÜNDƏM, SOSİAL, SİYASƏT
“Azərbaycan öz suveren ərazilərində günü-gündən güclənir” MÜNASİBƏT
-
MANŞET, SOSİAL, SİYASƏT
Estoniyada “Heydər Əliyev İli” münasibətilə poçt markaları çap edilib
-
GÜNDƏM, SOSİAL, SİYASƏT
“İlham Əliyev növbəti dəfə bütün dünyaya öz mesajlarını çatdırdı...” – Elşən Musayev
-
SOSİAL, SİYASƏT
O video saxtadır - SÜBUTLAR
-
SOSİAL, SİYASƏT
Günel Səfərova ATƏT-in tədbirində spikeri Azərbaycana qarşı qərəzdə qınadı
-
SOSİAL, SİYASƏT
Azərbaycanın bir qrup QHT-si bəyanat imzalayıb