Uzun illərdir onlar belə məsələr üzrə "ixtisaslaşıblar" - DEPUTAT

Uzun illərdir onlar belə məsələr üzrə
"Kanada parlamentinin xarici əlaqələr komitəsinin Azərbaycanın Qarabağdakı haylara qarşı "de-fakto etnik təmizləmə siyasəti” həyata keçirməsi haqda sərsəm qətnaməsini oxuyanda yadıma Rusiya Dumasının qərbdəki parlamentariləri  tək-tək və topdan satın alan əməkdaşı Sərkis Mirzəxanyan düşüdü."
Bu sözləri 7NEWS.az-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib: "Öncə onu deyim ki, təkcə davranışca deyil, görkəmcə də bir az  soydaşı Ruben Vartanyana bənzəyən Mirzəxanyanın bu əməllərinin açılmasında OCCRP-in də yer alması bir az təəccüb doğursa da, burada onun Rusiyaya işləməsinin mühüm rol oynadığını görməmək mümkün deyil. Yəni əgər Rusiya Dumasının bu hay əməkdaşı qərbdəki parlamentariləri təmsil etdiyi dövlətin deyil, özlərinin maraqlarına xitmət üçün satın almış olsaydı, qətiyyən bu əməliyyatın üstü açılmayacaqdı. Avropa Parlamentində də, AŞPA-da da qərbdəki ayrı-ayrı ölkələrin  qanunvericilik orqanlarında da muzdla haylara çalışan onlarla parlamentari var, onlardan hər hansı biri indiyədək ifşa ediliblər? Əlbəttə, yox.
Rusiyanın satın aldıqları da əslində gələcəyin Vartanyanı deyil, hansısa bir İvanovla bu cür açıq əməkdaşlığa elə də həvəslə getmyəcəkdilər. Yəni burada  satın alanla, satılanları bir araya gətirən hay faktorudur. Uzun illərdir onlar belə məsələr üzrə "ixtisaslaşıblar".
Rusiya imperiyasının gizli polisi, ardınca da SSRİ DTK-sı hay diasporundan həmişə məhz yerləşdikləri ölkələrin siyasi elitasını ələ almaqdan tutmuş, casusluq, üsyan və terroradək ən çirkin məqsədlər üçün faydalanıb.
O səbəbdən də  onların təşkilatlanması, ayrı-ayrı təmsilçilərinin geniş biznes qurmaları,  təsir agenti kimi çıxış etmələri üçün külli miqdarda vəsait ayırıblar. Nəticədə bəzən dövlət strukturlarının bacarmadığı işləri rus dənizçilərinin Nigeriyada həbsxanadan çıxarılması zamanı olduğu kimi Ara Abramyan sayaq savadsız bir hay çox uğurla icra edir. 
Hay diasporlarının yerləşdikləri digər ölkələrin xüsusi xidmət orqanları da onlardan eyni məqsədlə, o sıradan da Moskvanın özünə qarşı faydalanılar və SSRİ-nin dağılmasında bu, az rol oynamadı. Baxmayaraq ki,  ABŞ-da çox güclü lobbisi var, İrandakı dinsiz rejim də öz hayları vasitəsilə oradakı diasporlarından istifadə etməyə çalışır. Yəni dünyadakı əksər hay diasporunun üzdə olan təmsilçiləri ikili, üçlü,  bəzən hətta dördlü agentlər kimi fəaliyyət göstərirlər və bu, artıq adi bir praktikadır.
Kanada parlamentinin ikinci Qarabağ savaşından sonra Azərbaycan əleyhinə fəaliyyətinə gəldikdə burada da hay diasporunun müəyyən rol oynadığı şəksizdir. Amma əsas yük " dəyərli" Makronun onun sözləri ilə desək, bizə "dost" Fransasının üstünə düşüb."

Xəbər lenti