Xəzri Elxanoğlu: "Vəziyyət hələlik gərgindir, Ukraynanı tərk etməyəcəyik" - KİYEVDƏN ÖZƏL

Xəzri Elxanoğlu:
Bu barədə 7NEWS.az-a ASGA-nın Ukraynadakı nümayəndəsi Xəzri Elxanoğlu mövcud vəziyyəti şərh edərkən deyib: "Səhər saatlarından Kiyevdə də partlayış səsləri eşidildi. Əhali təşvişdədir, bir sıra müəssisələr, o cümlədən, marketlər növbəli sistemlə işləyirlər. Bütün dünya burada baş verənləri görür. Biz heç bir halda Ukraynanı tərk etməyəcyik, sona qədər ukraynalıların yanında olacağıq. Bu müharibə Ukraynanın qələbəsi ilə başa çatacaqdır. Xalq öz dövlətinə sahib çıxır, heç kəs geri çəkilmir. Bu dəqiqə sakitçilik müşahidə olunur, ara-sıra səslər gəlsə də, tezdən olduğu qədər ciddi deyil." 

7NEWS.az

Xəbər lenti