"XXI əsrdə sağlam düşüncə" layihəsinə start verilib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində qalib olmuş və Beyləqan rayon Kəbirli kənd 1 saylı tam orta məktəbin fizika müəllimi Şəhriyar Rəhimov tərəfindən icra edilən "XXI əsrdə sağlam düşüncə" layihəsinə start verilib. İlk tədbir açılış və tanışlıq xarakterli olub. Tədbirdə 50 nəfər şagird iştirak edib. 
Giriş nitqi ilə çıxış edən layihə rəhbəri Şəhriyar Rəhimov layihə iştirakçılarını salamlayıb, layihənin mahiyyəti haqqında ətraflı məlumat verib.
 Daha sonra digər natiqlər - Kəbirli kəndi üzrə Ərazi İcra Nümayəndəsi Bakir Həsənov,   Kəbirli kənd 1 saylı tam orta məktəbin direktoru Araz Qurbanov, direktor müavini Asəf Zeynalov layihənin əhəmiyyətini xüsusi vurğulayıblar. 
Çıxışlardan sonra tədbir layihənin təlimçi,  eksperti Mürsəl Behbudlu tərəfindən mövzu ilə bağlı təlim keçirilib.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Xəbər lenti