“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir

“YAŞAT” Fondu müharibə  əlillərinə dəstəyini davam etdirir
Vətən müharibəsi əlilləri - Rəşad Məmmədov və Vüsal Əliyevə ağrı pili əməliyyatı icra olunub. Azərbaycanda ilk dəfə həyata keçirilən bu əməliyyat üçün vacib olan tibbi avadanlıq – "spinal kord” Fond tərəfindən ölkə xaricindən gətirilib. Xarici və yerli həkimlərimiz tərəfindən uğurla icra olunan əməliyyatın xərcləri də "YAŞAT” Fondu tərəfindən qarşılanıb. 

Əməliyyatdan sonra hər iki qazidə şiddətli ağrıların 60-70 faiz  azalması müşahidə olunub. Həkimlərin rəyinə əsasən bu ağrılar zaman keçdikcə tam olaraq aradan qalxacaq.

Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının "Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.


Televiziyalarda yayımlanması üçün video yüksək keyfiyyətli formada əlavə olunur: https://we.tl/t-PNTki4eu3r

Xəbər lenti